Monqol ordusu, çevikliyi və sürətli hərəkət qabiliyyəti ilə tanınsa da, yayılmış stereotiplərin əksinə olaraq, bütün monqol əsgərləri yüngül geyinmirdi.
Əslində, monqol qoşunlarının müəyyən hissəsi ağır zirehlərlə təchiz olunurdu. Xüsusilə oxatanların təhlükəsizliyini təmin etmək və onları daha dözümlü hala gətirmək üçün qoruyucu qoşunlar formalaşdırılırdı. Bu əsgərlər ön cəbhədə və ya strateji mövqelərdə yerləşdirilərək, düşmən hücumlarını qarşılayır və əsas döyüş qüvvələrinə dəstək verirdilər.
Ağır zireh təkcə müdafiə vasitəsi deyil, eyni zamanda düşmənə psixoloji təsir göstərən bir amil idi. Döyüş meydanında yaxşı təchiz olunmuş və güclü zirehlərlə qorunan döyüşçüləri görmək, qarşı tərəfdə qorxu və tərəddüd yaradırdı. Xüsusilə at sürərkən, monqol əsgərlərinin nizamlı və dözümlü görünüşü düşmən qüvvələrinin döyüş ruhunu sarsıdır, onların müqavimətini zəiflədirdi.
Beləliklə, monqol ordusunun tərkibində həm yüngül, həm də ağır silahlanmış əsgərlər yer alırdı və hər biri xüsusi bir taktiki məqsədə xidmət edirdi. Bu kombinasiyalı yanaşma monqol imperiyasının sürətli genişlənməsinə və döyüş meydanlarında uğurlar qazanmasına mühüm töhfə verirdi.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
