
Yeni araşdırmalar göstərib ki, dünyadakı dağ silsilələrində təbii hidrogen qazının böyük ehtiyatları ola bilər. Alimlər deyirlər ki, bu kəşf təmiz enerji sahəsində inqilab yarada bilər.
Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzinin alimlərinin də daxil olduğu beynəlxalq komanda qitə hərəkətlərini, dağların qurulması proseslərini və hidrogen istehsalını simulyasiya etmək üçün sahə müşahidələrini kompüter modelləri ilə birləşdirdi.
Araşdırmalara görə, bu təbii hidrogen ehtiyatları yer qabığının altındakı mantiyada yerləşir.Bu havanın hava ilə qarşılıqlı əlaqədə olduğu "serpantinizasiya" adlanan proses nəticəsində əmələ gəlir.
Bu kimyəvi reaksiya qitələrin ayrılması və ya toqquşması zamanı mantiya yuxarıya doğru itələndikdə baş verir.
Tədqiqatçılar müəyyən ediblər ki, bu proses qitələrin bir-birinə daha çox yaxınlaşdığı dağ qurşaqlarında qitələrin ayrıldığı bölgələrə nisbətən 20 dəfə daha tez baş verir.
Dağlarda hidrogen,enerjiistehsalı üçün perspektivlidir
Tədqiqata rəhbərlik edən geofizik Sascha Brune, "Bu iş təbii hidrogen əmələ gəlməsi üçün uyğun mühitlər haqqında anlayışımızı inkişaf etdirir" dedi.
Dağlardakı hidrogen ehtiyatlarının orta okean hidrotermal ehtiyatları kimi digər potensial ərazilərə nisbətən daha əlçatan olduğu düşünülüb. Alimlər Avropa Alpları, Pireneylər və Balkanlarda hidrogen kəşfiyyatına başlamağa hazırlaşırlar.
Mənbə: TRThaber
Tərcümə etdi: Sona Osmanova
