Bu gün:

Planet üçün qorxu: Ekoloji narahatlıq


Nə qədər çox pis xəbərlər alırsa müasir insan, bir o qədər güclənir gələcək üçün narahatlıq, apatiya və hətta depressiya əlamətləri meydana gəlir. Bu, nə qədər təhlükəlidir və psixoloji tarazlığı necə qorumaq olar?


İlk dəfə "ekotəhlükə" termini 2017-ci ildə ortaya çıxıb – Amerikan Psixoloji Assosiasiyası bunu "ekoloji məhv qorxusu" olaraq adlandırıb. Digər mütəxəssislər də bunu Yer kürəsinin və üzərindəki həyatın gələcəyi ilə bağlı davamlı narahatlıq olaraq təsvir edirlər. Çox vaxt bu anlayışa müxtəlif emosional vəziyyətlər – kədər, ümidsizlik, aqressiya, apatiya və digərləri daxildir. Avropa ölkələrində və ABŞ-da ekoloji (iqlim) anksiyozluqdan əziyyət çəkənlər üçün dəstək qrupları yaranmağa başlayıb. Bu qruplarda iştirakçılar, iqlim dəyişiklikləri, pisləşən ekoloji vəziyyətlə bağlı narahatlıqlarını paylaşır və depresiv vəziyyətdən çıxmaq üçün yollar axtarırlar.


Bunlar normadan kənara çıxmaqdırmı? Ekotəhlükə, klinik narahatlıq pozğunluğu ilə eyni deyil, amma həkimlər deyirlər ki, iqlimlə bağlı narahatlıqlar mövcud psixoloji sağlamlıq problemlərini pisləşdirə və ya yarada bilər.


Narahatlıq özü təbii bir reaksiya olaraq orqanizm tərəfindən təhdidə qarşı verilən bir cavabdır və bu mexanizm olmasa biz sadəcə olaraq sağ qala bilməzdik. Narahatlıq qorunma hərəkətini doğurur və məhz bu, həyatı qoruyur. Beləliklə, təbii fəlakətlərin çoxaldığı mühitlərdə yaşayan insanlar üçün ekoloji təhdidlər realdır və narahatlıq, evlərini dəyişdirmək və ya ekoloji qanunların qəbul edilməsinə təzyiq göstərmək üçün təbii bir siqnal olur.


Amma hələ öz varlığını təhdid etməyən insanlar üçün, pis xəbərlərlə dolu sonsuz bir xəbər lentini oxumaqla gələn narahatlıq, məsələn, ev dəyişdirmək üçün bir siqnal verə bilməz. Buna görə də çox vaxt onlar öz vəziyyətləri və dünyadakı mövcud vəziyyətlə nə edəcəklərini bilmir. Burada narahatlıqla mübarizədə əsas texnikalar kömək edəcək və bunlardan biri – raionalizasiya, yəni biz mənfi fikirlərimizi və inanclarımızı tapıb onları diqqətlə təhlil edirik. Öz emosional vəziyyətimizi sözlərlə ifadə etmək lazımdır – bəli, bu, narahatlıq həddidir, amma bu, dünya sonu və tam bir fəlakət deyil. Çox vaxt prokrastinasiya başlayır və bunun nəticəsində depresiv əlamətlər ortaya çıxır. Çünki problemi görməmək, onu həll etmək demək deyil.


Danimarkalı iqtisadçı və ekolog Born Lomborg, Kopenhagen Konsensusunun prezidenti deyir: "İqlim panikası getdikcə daha kəskinləşir. Panika halında olduğumuzda səhv qərarlar qəbul edirik. İqlim dəyişiklikləri problemi var, amma bu, dünyanın sonu deyil. Ekotəhlükə, narahat həyatlar və yanlış siyasətlərə gətirib çıxarır, diqqətimizi yayındırır."


Bəs, əgər insan yüksək narahatlığa meyllidirsə və ya narahatlıq pozğunluğundan əziyyət çəkirsə, nə etmək olar? Belə vəziyyətlər ən yaxşı şəkildə psixoloqla işlənməlidir, xüsusilə əgər pozğunluğun əlamətləri həyatınıza mane olursa. Unutmayın ki, ən önəmlisi öz psixoloji sağlamlığınıza qayğı göstərməkdir, çünki yalnız özünüzə gücünüz olduqda, planeti və digər insanları xeyirə yönəldə bilərsiniz.


Mənbə: ecyclemag.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et