Bu gün:

Başsız toyuq Mayk


10 sentyabr 1945-ci ildə Lloyd Olsen Kolorado ştatının Fruita şəhərindəki ailə fermasında bazar üçün toyuqların başını kəsərkən başı kəsilmiş quşlardan biri özünə gəlib həyətdə qaçmağa başlayıb. Olsen Mayk adını verdiyi toyuğu eyvandakı qutuya qoyub və səhəri gün onun hələ də sağ olduğunu biləndə təəccüblənib.

Mayk sağ qalıb, çünki toyuq beyninin böyük hissəsi başının arxasında, gözlərinin arxasında yerləşir. Olsen baltanı yerə endirəndə Maykın başının çox hissəsini uçurub, lakin beynin nəfəs alma, həzm və digər bədən funksiyalarını idarə edən hissəsini qaçırıb.


Olsen anlayıb ki, Mayk başqalarının görməyə pul ödəyəcəyi cazibə növünə malikdir və növbəti 18 ayı yarmarkalarda, karnavallarda və digər ictimai tədbirlərdə başsız xoruz nümayiş etdirməklə keçirib. O, maye damcı ilə yemək borusuna su və maye qida damcılatmaqla onu qidalandırıb və şprislə boğazındakı bəlğəmi çıxarıb. Mayk o qədər məşhurlaşıb ki, hətta Time jurnalı da onun haqqında yazıb.

Mayk 17 mart 1947-ci ildə Arizona ştatının Feniks şəhərində qastrol səfərində olarkən vəfat edib. Olsen və həyat yoldaşı Klara otel otağında Maykın selikdən boğulma səsinə oyanıblar. Onlar şprisi axtarırlar, lakin anlayıblar ki, təsadüfən onu Maykın sərgiləndiyi yan şouda buraxıblar. Onlar Maykın boğazından seliyi çəkə bilməyiblər, ona görə də o boğulub.

Onun inanılmaz hekayəsi onilliklər əvvəl bitsə də, başsız toyuq Mayk Fruita vətəndaşları tərəfindən unudulmayıb. Şəhər hər il onun şərəfinə Birləşmiş Ştatların hər yerindən yüzlərlə iştirakçının iştirak etdiyi festivala ev sahibliyi edir.


Mənbə: Britannica

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et