Bu gün:

Dünyanın ən qeyri-adi peşələri


Məlum olur ki, dünyada çoxlu maraqlı, qəribə və inanılmaz peşələr var ki, insanlar onları həyatlarının işinə çevirmişlər.


1. Trimidator  

Valideynlərimizin və nənələrimizin-babalarımızın gənclik dövründə belə bir peşə mövcud olmuşdu, amma o, əlbəttə ki, qeyri-rəsmi idi və sadəcə "növbə dayanan" adlanırdı. Çox vaxt sovet dövründə, bəzi məhsul və əşyaların tapılması çətin olduğu zaman, uşaqlar həmin məhsulları əldə etmək üçün başqa bir adamın yerinə növbədə dururdular ki, az da olsa pul qazansınlar. Maraqlıdır ki, İngiltərədə trimidator peşəsi hələ də çox populyardır. Belə mütəxəssisləri müştəri yerinə uzun növbələrdə durmaq üçün işə götürürlər. Maaşı isə heç də az deyil — saatda təxminən 40 dollar.

2. Sərnişinləri sıxan işçi  

Bu peşəyə başqa cür "osiya" deyilir və bu sahənin mütəxəssislərini yalnız iki şəhərdə — Madrid və Tokio da görə bilərsiniz. Sərnişinləri sıxan işçinin vəzifəsi saat pikində, sərnişinlərin o qədər çox olduğu vaxt, onları qatara və ya metroyə sığışdırmaqdır. Bu peşəyə adətən gənc tələbələr əlavə iş olaraq qatılırlar.

3. Pendir dinləyicisi  

Belə bir mütəxəssis müəyyən bir pendir növü — parmesan üçün işə götürülürdü. Çünki parmesan çox uzun müddət cızılır və onun hazır olduğunu yalnız səsə əsasən müəyyən etmək olurdu. Pendir dinləyicisi pendirin üzərinə gümüş döyücü ilə vururdu. Əgər səs yüksək və aydın gəlirsə, deməli, pendir yetişib və onu mağazalara göndərmək olardı.

4. Xəstəxana klounu  

Çətin xəstəliklərlə mübarizə aparan insanlar çox vaxt kədər və bezginlik hissi keçirirdilər. Uşaqlar isə xəstəxana divarlarında çox darıxırdılar. Belə olan halda, köməyə kloun gəlirdi və o, palatalarda gəzərək xəstələri əyləndirirdi, fəndlər göstərirdi və şən zarafatlar danışırdı. Bu adi kloun-animator deyil, yalnız xəstəxanada çalışan xüsusi mütəxəssis idi.

5. Su slaydlarını test edən mütəxəssis  

Su slaydları hazırlayan şirkətlər xüsusi mütəxəssisləri işə götürürdülər ki, onlar qurğuların rahatlığını və təhlükəsizliyini yoxlasınlar. Bu peşə düşündüyünüzdən çox daha çətin və təhlükəsiz deyildi. Hər bir kiçik detala diqqət yetirmək vacib idi ki, gələcəkdə istirahət edənlər zərər görməsinlər.

6. Klakor  

Sadəcə olaraq — maaşla çıxış edən izləyici. O, tamaşada və ya premyerada çıxış edən sənətçilərə doğru vaxtda alqışlamaq üçün lazım olurdu. Böyük premyeralar və tədbirlərdə klakorlara zalda müəyyən yerlər ayrılırdı. Onlar doğru vaxtda alqışlamaya başlayırdılar və digər izləyicilər onlara qoşulurdular.

7. İt detektivləri  

Xeyr, bu mütəxəssis itləri tapmırdı. O, İsveçin vergi orqanlarında çalışırdı. Vergi xidməti Stockholmun müəyyən bir küçəsinə Elfrida Karlsonu göndərirdi — bir qadın, həmçinin yalnız ulamağı bacarmırdı, eyni zamanda itlərin cinsini səsə görə dəqiqliklə təyin edirdi. Məsələ burasında idi ki, İsveçdə itlərə vergi tətbiq olunurdu, amma hər sahibləri bunu ödəmək istəmirdilər. Beləliklə, it detektivi küçəyə çıxırdı və ulamağa başlayırdı. İtlər ulamağa cavab verirdilər, və Elfrida bu cavabların gəldiyi evləri qeyd edirdi. Sonra isə həmin evlərin sahiblərinin öz itləri üçün vergi ödəyib-ödəmediklərini yoxlayırdı.

8. Gözyaşı satıcısı  

Bu insanlar Asiyada dəfn mərasimləri zamanı tələb olunurdular. Çünki asiyalılar çox vaxt öz hisslərini göstərməyə meylli olmurdular və dəfn mərasimlərində ağlamaq çox nadir hallarda olurdu. Bu halda, mərhumun yaxınları xüsusi bir insanı işə götürürdülər ki, o ağlasın. Gözyaşı satanın bir neçə xidmət növü vardı: adi ağlamadan həqiqi bir isterikaya qədər. O, yerli ənənələri yaxşı bilməli, çox yaxşı aktyorluq bacarığına sahib olmalı, ağlamağa bir neçə saniyə ərzində başlaya bilməli və dərhal sakitləşməli idi.


Mənbə: dzen.ru

Yərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et