Britaniyanın ən populyar turistik məkanı 2024-cü ildə yenə də Britaniya Muzeyi olub. Muzey 6,479,952 ziyarətçi qəbul edərək 2023-cü illə müqayisədə 11% artım göstərib.
İkinci yerdə Təbiət Tarixi Muzeyi qərarlaşıb. Onun da ziyarətçi sayı 11% artaraq 6,301,972 nəfərə çatıb.
Ümumilikdə, Böyük Britaniyanın ən məşhur yerlərində ziyarətçi sayı 3.4% artıb, amma hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. 2024-cü ildə 400 əsas turistik məkan ,ümumilikdə, 157.2 milyon dəfə ziyarət olunub, bu isə 2019-cu illə müqayisədə 8.8% azalma deməkdir.
Ən çox ziyarət edilən açıq məkan “Windsor Great Park” olub. Bura 5,670,430 nəfər gəlib ki, bu da 3% artım deməkdir.
2024-cü ildə Böyük Britaniyanın ən çox ziyarət edilən 20 məkanı:
1.Britaniya Muzeyi – 6,479,952
2.Təbiət Tarixi Muzeyi – 6,301,972
3.Windsor Great Park – 5,670,430
4.Tate Modern – 4,603,205
5.Southbank Centre – 3,734,075
6.V&A South Kensington – 3,525,700
7.Milli Qalereya – 3,203,451
8.Somerset House – 3,074,736
9.London Qalası (Tower of London) – 2,902,385
10.Elm Muzeyi – 2,827,242
11.Şotlandiya Milli Muzeyi – 2,314,974
12.Kew Gardens – 2,273,976
13.Kral Dəniz Muzeyi (Greenwich) – 2,255,753
14.Şotlandiya Milli Qalereyaları – 1,999,196
15.Edinburq Qalası – 1,981,152
16.Royal Albert Hall – 1,753,371
17.Westminster Abbey – 1,717,296
18.Milli Portret Qalereyası – 1,578,065
19.Barbican Centre – 1,541,194
20.St Paul’s Katedrali – 1,493,184
Digər diqqətçəkən məqamlar:
Edinburq Milli Muzeyi Şotlandiyanın ən çox ziyarət edilən yeri olub (2,314,974 nəfər).
Şotlandiya Milli Qalereyaları və Edinburq Qalası da populyar olub.
Şimali İrlandiyada Titanic Belfast ən məşhur yer olub. (881,573 nəfər).
Uelsdə St Fagans Tarix Muzeyi lider olub (600,690 nəfər).
Milli Portret Qalereyası 2023-cü ilin yayında yenidən açıldıqdan sonra 36% artımla 1,578,065 ziyarətçi toplayıb.
Buckingham Sarayı tarixində ilk dəfə 646,832 nəfərlə rekord vurub, baxmayaraq ki, yayda cəmi bir neçə həftə açıq olur.
İngiltərə Parlamenti 2024-cü ildə 560,317 ziyarətçi qəbul edərək 196% artım göstərib.
Ümumilikdə, Böyük Britaniyada muzeylər və tarixi məkanlar pandemiyadan sonra yavaş-yavaş bərpa olunur. İnsanlar hələ də sevdikləri yerləri ziyarət etməyə üstünlük verirlər.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
