Bu gün:

Finlandiya səkkizinci ildir ki, ən xoşbəxt ölkə seçilib


Finlandiya artıq səkkizinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Mütəxəssislər bunun əsas səbəbi kimi təbiətə çıxış imkanlarını və güclü rifah sistemini göstərirlər.


BMT-nin sponsorluğu ilə hazırlanan bu ilki Dünya Xoşbəxtlik Hesabatında Finlandiya digər üç Şimali Avropa ölkəsini qabaqlayıb. Latın Amerikasından Kosta Rika və Meksika isə ilk dəfə olaraq ilk onluğa daxil olub.

Böyük Britaniya və ABŞ isə siyahıda müvafiq olaraq 23-cü və 24-cü yerlərə eniblər. Bu, ABŞ üçün indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Tədqiqat həmçinin müəyyən edib ki, tanımadığımız insanlar gözlədiyimizdən təxminən iki dəfə mehribandırlar. İnsanların naməlum şəxslərə etibarını ölçmək üçün tədqiqatçılar qəsdən pul kisələrini itirərək nə qədərinin geri qaytarıldığını və əvvəlcədən nə qədərinin qaytarılacağını düşündüklərini müqayisə ediblər.

Məlum olub ki, geri qaytarılan pul kisələrinin nisbəti insanların gözlədiyindən təxminən iki dəfə yüksəkdir. Dünyanın müxtəlif yerlərindən toplanan sübutlar göstərir ki, başqalarının xeyirxahlığına inam xoşbəxtliklə əvvəl düşünüldüyündən daha sıx bağlıdır.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et