Adətən Günəş sistemində ən soyuq yerlərin uzaq planetlər və onların peykləri olduğu düşünülür. Pluton, Neptunun Triton peyki və hətta Uranın atmosferi son dərəcə soyuq yerlər hesab olunur. Lakin elm adamlarının araşdırmaları göstərib ki, Günəş sistemində ən aşağı temperatur məhz Yer kürəsində qeydə alınıb.

NASA və Milli Qar və Buz Mərkəzinin peyk müşahidələri nəticəsində 2013-cü ildə Antarktidadakı Dome Fuji adlı bölgədə temperaturun -93,2°C-ə qədər düşdüyü müəyyən edilib. Bu, Plutonun bəzi bölgələrindən belə daha aşağı temperaturdur. Daha sonra 2018-ci ildə aparılan araşdırmalar bu temperaturun -98°C-ə qədər çata biləcəyini ortaya çıxarıb.
Bu ekstremal soyuqluğun səbəbi isə bölgənin yüksək rakımda yerləşməsi, havanın son dərəcə quru olması və uzun müddət davam edən qış gecələridir. Mütəxəssislər bildirirlər ki, burada temperatur o qədər aşağı düşə bilər ki, hətta insan dərisi bir neçə dəqiqə ərzində donaraq zədələnə bilər.
Bu kəşf Yer kürəsinin hələ də tam öyrənilməmiş sirrlərlə dolu olduğunu göstərir və iqlim dəyişikliklərinin qlobal təsirlərini anlamaqda elm adamlarına kömək edə bilər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
