
Su həmişə özünəməxsusluğu ilə heyran edib. San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yüksək təzyiqdə (1250 atmosfer) və aşağı temperaturda (təxminən -75 °C) maye su iki ayrı fazaya ayrılır: biri yüksək sıxlıqlı, digəri isə aşağı sıxlıqlı. Nəticələr Nature Physics jurnalında dərc olunub.
Kimya və biokimya professoru Françesko Pasaninin rəhbərlik etdiyi qrup MB-POL superkompüterindən istifadə edib. Bu model yüksək keyfiyyətli kvant hesablamalarına və maşın öyrənmə metodlarına əsaslanır ki, bu da sistemin enerjisini ayrı-ayrı molekulların töhfələrinə parçalamağa imkan verir.
Bu yanaşma alimlərə ekstremal şəraitdə molekulyar səviyyədə suya nə baş verdiyini inanılmaz dəqiqliklə modelləşdirməyə imkan verdi. Onlar tapdılar ki, su iki fərqli mayeyə ayrıla bilər: biri sıx (molekulların bir-birinə sıx sıxıldığı yerdə) və digəri daha az sıx (molekulların daha sərbəst yerləşdiyi yerdə). Bu kəşf əvvəllər sadəcə nəzəriyyə olan fikirləri təsdiqləyir və suyun niyə bu qədər unikal olduğunu daha yaxşı anlamağa kömək edir.
Kəşf suyun təbiətini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, normal şəraitdə sıxlığı dəyişə bilən sintetik mayelərin inkişafı üçün əsas ola bilər. Belə mayelər çirklənmiş suyun təmizlənməsində, biologiyada, tibbdə və kosmik tədqiqatlarda tətbiq tapa bilər.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
