Bu gün:

Pişiklərin bəyənmədiyi şeylər nədir?


Pişiklər sirli, müstəqil və çox həssas canlılardır. Ən sevimli ev heyvanlarından biri olsalar da, bəzən onları başa düşmək çətin ola bilər. Xoşbəxt, sağlam və dinc bir həyat sürə bilmələri üçün onları narahat edən vəziyyətləri bilmək vacibdir. Bu yazıda pişiklərin sevmədiyi şeylər haqqında ətraflı məlumat verərək sevimli dostlarınızın rahatlığını necə artıra biləcəyinizi izah edəcəyik.

Pişiklər təbiətcə həssas məxluqlardır və ətrafdakı ən kiçik dəyişikliklərdən belə təsirlənə bilirlər. Onları xüsusilə gündəlik işlərinin pozulması, idarə edə bilmədikləri səslər və arzuolunmaz fiziki təmaslar narahat edə bilər. Pişiklərin ən çox bəyənmədiyi şeylər bunlardır:

• Ani dəyişikliklər: Pişiklər nizamı sevirlər. Hətta evinizdəki mebellərin yerini dəyişdirmək və ya yemək və su qablarını müxtəlif yerlərdə yerləşdirmək belə iğtişaşlara səbəb ola bilər.

• Məcburi qucaqlamaq: Hər pişik qucaqlanmağı sevmir. Xüsusilə, öz məkanına müdaxilə onları stresdən sala bilər.

•Güclü Qoxular: Limon, sirkə və portağal kimi sitrus qoxuları pişiklər üçün iyrənc ola bilər. Bundan əlavə, təmizləyici məhsulların ağır qoxuları da onları narahat edir.

• Çirkli yemək və su qabları: Pişiklər gigiyena mövzusunda çox diqqətlidirlər. Yemək və su qablarının mütəmadi olaraq təmizlənməsi onların sağlamlıqları ilə yanaşı, ruhlarının rahatlığı üçün də vacibdir.

Bu cür detallara diqqət yetirərək, pişiyinizin yaşayış yerini daha rahat edə bilərsiniz.

Pişiklər hansı səsləri bəyənmir?

Pişiklərin eşitmə qabiliyyəti insanlardan daha həssasdır. Buna görə bəzi səslər onları çox narahat edə bilər. Pişiklərin sevmədiyi səslər adətən yüksək və ya ani səslər olur. Pişikinizin dincliyini poza biləcək bəzi səslər bunlardır:

• Ani və Güclü Səslər: Qapının çırpılması, qışqırması və tozsoran səsləri kimi qəfil səslər pişiklərdə stress yaradır.

• Metal Zəng: Bir-birinə dəyən metal qaşıqlar kimi yüksək səslər pişiklərin qulaqlarını qıcıqlandırır.

• Siqnallar və Siren Səsləri: Uzun müddət davam edən yüksək tezlikli səslər pişiyinizin panikasına səbəb ola bilər.

Mənbə: Markamama
Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et