Bu gün:

Dünyada bir çox insanlar iqlim dəyişikliyinin təsirlərini hiss edirlər


Dünyada hər 5 nəfərdən 1-nin insan mənşəli iqlim dəyişikliyinin təsirlərini güclü şəkildə hiss etdiyi müəyyən edilib.

Müstəqil elmi təşkilat olan "Climate Central" 2024-cü ilin dekabr - 2025-ci ilin fevral aylarını əhatə edən dövrdə iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yayımlayıb.


Hesabatda həmin dövrdə kömür, benzin və metan qazı emissiyalarının hava temperaturuna təsiri araşdırılıb və 220 ölkə və 940 şəhərdə orta temperatur göstəriciləri əsas götürülüb.


Sənəddə qeyd edilir ki, bu dövrdə dünya əhalisinin hər 5 nəfərindən 1-i "qeyri-adi temperatur" yaşayıb və bununla da insan mənşəli iqlim dəyişikliyinin təsirlərini birbaşa hiss edib.


Bu dövrdə dünya üzrə 394 milyon insanın "riskli dərəcədə" isti hava ilə qarşılaşdığı vurğulanıb və bu şəxslərin 74 faizinin Afrikada yaşadığı qeyd edilib.


Hesabatda bildirilir ki, 28 fevral 2025-ci il tarixinə qədər dünya əhalisinin təxminən 37%-ni təşkil edən 3 milyard insan "riskli dərəcədə" isti hava şəraitinə məruz qalıb.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et