Bu gün:

Dusicyon avus: Cənubi Amerikanın qədim "Ev tülküsü”


Cənubi Amerikanın tarixi faunası bu gün qitədə yaşayan növlərdən çox fərqlənən maraqlı canlılarla doludur. Bu qədim növlərdən biri Dusicyon avus və ya “Ev Tülkü” kimi tanınan nəsli kəsilmiş caniddir. Alimlər düşünürlər ki, bu növün Cənubi Amerikada insanlarla yaxın əlaqələr qurmuş ola biləcəyi və bəlkə də əhliləşdirilən ilk heyvanlardan biri olub.


Fiziki xüsusiyyətləri və yaşayış sahəsi

Dusicyon avus xarici görünüşcə indiki tülkülərə bənzəsə də, əslində daha böyük bir quruluşa sahib olub. Təxminən bir koyot və ya kiçik bir canavar ölçüsündə olan bu heyvan Cənubi Amerikanın Argentina, Çili və Folklend adaları kimi cənub bölgələrində yaşayıb. Təxminən 16.000 il əvvəl bu növün kifayət qədər geniş yayıldığı məlumdur. Arxeoloji tapıntılar və fosillər Dusicyon avusunun Cənubi Amerikada son buz dövründən sonra sağ qaldığını göstərir.


İnsanlarla münasibət

Arxeoloji tədqiqatlar göstərir ki, Dusicyon avusun insan cəmiyyətləri ilə əlaqəsi olub. Bəzi elmi fərziyyələr bu heyvanın Cənubi Amerikada insanlar tərəfindən əhliləşdirildiyini göstərir. Dusicyon avus fosillərinin xüsusilə Çilidə aparılan qazıntılar zamanı insan məskənlərinə çox yaxın olması da bu əlaqəni dəstəkləyən dəlillərdəndir.


Bu növün əhliləşdirildiyinə dair dəqiq bir dəlil olmasa da, insanlarla bu qədim canid arasında yaxın əlaqənin olduğu düşünülür. Bu əlaqə insanlarla ovlamaq, yeməkləri bölüşmək və ya insan məskənlərində gözətçi və ya köməkçi kimi fəaliyyət göstərməklə formalaşmış ola bilər. Bugünkü ev itlərinin mənşəyi ümumiyyətlə Asiya və Avropada canavarlarla əlaqələndirilsə də, Cənubi Amerikada Dusicyon avus kimi bir növün əhliləşdirilməsi ehtimalı bu coğrafiyanın özünəməxsus əhliləşdirmə proseslərinə işarə edə bilər.


Yox olması

Dusicyon avus təxminən 500-1000 il əvvəl nəsli kəsilib. Növün nəsli kəsilməsinə nəyin səbəb olduğu dəqiq bilinməsə də, bu prosesdə insan fəaliyyəti, iqlim dəyişikliyi və yeni yırtıcı növlərin Cənubi Amerikaya yayılması kimi faktorların rol oynamış ola biləcəyi düşünülür. Dusicyon avusunun nəsli kəsilməklə qitə bu maraqlı növün varlığından məhrum qaldı və yerini bu gün bildiyimiz yalnız bir neçə kiçik tülkü növü alıb.


Dusicyon Avus və Folklend adaları

Maraqlıdır ki, Dusicyon avusun ən yaxın nəsli Folklend adalarının Folkland tülkü (Dusicyon australis) kimi tanınır. Bu tülkü insanlardan asılı olmayaraq təcrid olunmuş bir mühitdə təkamül keçib və adanın yeganə doğma məməlisinə çevrilib. Lakin 19-cu əsrin sonlarında bu növ insanların ovlanması və yaşayış yerlərinin dağıdılması nəticəsində nəsli kəsilib.



Dusicyon avus Cənubi Amerikanın tarixinə işıq tutan və insanlarla mümkün yaxın əlaqəsi və uyğunlaşma qabiliyyəti ilə diqqət çəkən bir növdür. Bu qədim canlının qitənin bəşər tarixinə və ekosistemlərinə əhəmiyyətli təsir göstərdiyi güman edilir. Bu növün daha yaxşı başa düşülməsi bu gün təkcə bölgənin biomüxtəlifliyi haqqında deyil, həm də qədim insan cəmiyyətlərinin həyat tərzləri haqqında mühüm məlumatlar verir.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et