Bu gün:

Nanotibbin gücü: Xərçəngə qarşı mübarizədə yeni ümid


Bir çox hallarda xərçəngin erkən aşkarlanması və diaqnostikası olduqca çətindir. Xərçəngin gec mərhələdə aşkarlanması həmişə yüksək ölüm faizinə səbəb olur. Buna görə də xərçəng müalicələri üçün daha həssas və effektiv diaqnostika və terapevtik metodların inkişaf etdirilməsi vacibdir. Yeni xərçəng müalicələrinin inkişafı tibbi irəliləyişlərin mühüm aspektinə çevrilib. Nanobotlar nanotibbin ən perspektivli tətbiqlərindən biri kimi multidisiplinar tədqiqatların ön cərgəsində yer alır.

Nanotexnologiyanın inkişafı ilə nanobotlar funksional molekulyar və nanohissəcikli maşınların yığılmasını və tətbiqini mümkün edir və xərçəngin diaqnostikası və müalicəsində getdikcə daha çox istifadə olunur. Son illərdə nanobotların xərçəng müalicəsində müxtəlif praktiki tətbiqləri nəzəriyyədən praktikaya keçərək invitro eksperimentlərdən invivo tətbiqlərə qədər inkişaf edib. Bu məqalədə biz nanobotların xərçəng müalicəsindəki son irəliləyişlərini nəzərdən keçirir və təhlil edirik, xüsusilə onların əsas fundamental xüsusiyyətlərinə və dərman çatdırılması, şişlərin aşkarlanması və diaqnostikası, hədəf terapiyası, minimal invaziv cərrahiyyə və digər kompleks müalicələrdəki tətbiqlərinə diqqət yetiririk. Eyni zamanda, nanobotların xərçəng müalicəsini inqilabi şəkildə dəyişdirmək potensialı olan problemləri və mümkün tədqiqat imkanlarını müzakirə edirik. Gələcəkdə tibbi nanobotların daha təkmil və çoxsaylı tibbi funksiyaları və tapşırıqları yerinə yetirə biləcək səviyyəyə çatacağı, nəhayət, qan dövranında həqiqi nanosubmarinlərə çevriləcəyi gözlənilir.
Nanomolekulyar ölçülü alətlər və insan bədəninin bioloji nanomolekulyar biliklərindən istifadə etməklə nanotəbabət xəstəliklərin müalicə və qarşısının alınması, insan sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədilə yaradılmışdır. Şişlərin müalicəsində böyük inkişaf potensialı və tətbiq perspektivləri ilə nanotəbabətin son onilliklərdə inkişafı olduqca sürətli olmuşdur. Nanorobotlar nanotəbabətin ən perspektivli tətbiqlərindən biri kimi uzaq və çətin əlçatan bədən bölgələrinə daxil olmağa və müxtəlif tibbi tapşırıqları yerinə yetirməyə imkan verir.

Mənbə: National Institutes of Health
Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et