
Samanyolu Qalaktikası ulduzlar, planetlər, asteroidlər və quyruqlu ulduzlardan ibarətdir. Bu cisimlər müəyyən struktura malikdir və birləşərək daha böyük quruluşlar yaradırlar. Məsələn, ulduzlar birləşərək qalaktikaları, qalaktikalar isə qalaktika qruplarını və qalaktika kümələrini əmələ gətirir. Samanyolu Qalaktikasında 200-400 milyard ulduz var və 100 min işıq ili sahəni əhatə edir. Kainatda təxminən 25 milyard qalaktika boşluğu mövcuddur.
Qalaktika qrupları
Bir-birinə yaxın qalaktikaların cazibə qüvvəsi ilə birləşərək yaratdığı strukturlara qalaktika qrupları deyilir. Bu qruplar bir neçə qalaktikadan ibarət olur və qarşılıqlı təsir göstərə bilirlər. Ən məşhur qalaktika qrupu, bizim də daxil olduğumuz Yerli qrupdur. Onu ilk dəfə Edwin Hubble kəşf edib. Yerli qrupun ən vacib üzvlərindən biri bizə ən yaxın olan Andromeda (M31) Qalaktikasıdır. Bundan başqa, onun M32 və M110 adlı iki peyk qalaktikası var.
Astronomlar qalaktikamızın qonşu qalaktikalarla əlaqəsini demək olar ki, tam başa düşüblər. Samanyolu, təxminən 10 milyon işıq ili əhatə edən və 50-dən çox qalaktikadan ibarət olan Yerli qrupun ikinci ən böyük üzvüdür. Bu qrupda Andromeda (M31), Üçbucaq Qalaktikası (M33), Şir I və NGC 6822 də var. Qrupun mərkəzi Samanyolu ilə M31 arasında yerləşir və ən böyük qalaktikalar da məhz bunlardır. M33 isə üçüncü ən böyük qalaktikadır. Hər iki böyük qalaktikanın öz peyk qalaktikaları mövcuddur.
Qalaktika boşluqları və qalaktika qrupları
Qalaktika boşluqlarında adətən yüzdən çox qalaktika olur və onlar kainatın ən böyük sabit strukturlarıdır.
Bu boşluqların əsas xüsusiyyətləri bunlardır:
1) 50-dən 1000-ə qədər qalaktikanı özündə birləşdirir;
2) İsti qaz və böyük miqdarda qaranlıq maddə ehtiva edirlər.
3) Kütlələri 10^14 ilə 10^15 günəş kütləsi qədərdir.
4) Yarıçapları 2 ilə 6 Megaparsek arasındadır.
5) Qalaktika üzvlərinin sürət paylanmaları 800-1000 km/s-dir.
Kainatdakı nəhəng boşluqlar:
Ən böyük boşluqlar, qalaktikaları, qalaktika qruplarını və qalaktika boşluqlarını bir arada saxlayan nəhəng kosmik quruluşlardır. Onlar qalaktika boşluqları arasındakı məsafələrə əsasən müəyyən edilir. Əgər bu boşluqlar bir-birindən açıq şəkildə ayrılmışsa, bu metod yaxşı işləyir. Lakin adətən qonşu olanlar arasında qalaktika boşluğu olur, bu da onların sərhədlərini dəqiq müəyyən etməyi çətinləşdirir.
Bu boşluqların orta kütləsi Günəşin kütləsinin 6 milyon milyard qatı, ölçüləri isə təxminən 200 milyon işıq ilidir. Böyük kütləyə malik olsalar da, bu kütlə geniş bir sahəyə yayılmışdır.
Məşhur qalaktika boşluqlarından bəziləri bunlardır:
Qız qalaktika boşluğu
Ən yaxın boşluqlardan biri olan bu quruluş təxminən 2 milyon işıq ili sahəni əhatə edir və Laniakea boşluğunun əsas hissələrindən biridir. Yerli Qrupu, o cümlədən Samanyolu və Andromeda kimi böyük qalaktikaları ehtiva etdiyi üçün kosmik ölçüdə mühüm bir strukturdur.
Einasto boşluğu
Einasto boşluğu, Perseus-Pisces ilə birlikdə Yerli qrupun bir hissəsi hesab olunur. Təxminən 100 milyon işıq ili genişliyində olan bu boşluq, çox sayda qalaktikadan ibarətdir. Qalaktikaların böyük miqyaslı paylanmasını göstərən mühüm bir struktur olduğu üçün astronomik araşdırmalarda referans nöqtəsi kimi qəbul edilir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
