Bu gün:

Körpə mavi balinaların niyə yoxa çıxdığı məlum olub


Alimlər nadir rast gəlinən körpə mavi balinaların niyə yoxa çıxdığını aşkar ediblər.

Tarix boyu dünyanın ən böyük heyvanlarından biri olan balinaların yalnız iki dəfə doğulması qeydə alınıb. Hər ikisinin yaşı onilliklərdir.

Mavi balinalar iki-üç ildən bir bala verirlər. Onların doğulması 'çox gizlidir'.

Balinaların hamilə qalma nisbəti yüzdə 33-50 arasındadır. Mavi balinada ana və bala birlikdə görülmə nisbəti 3,1 faizdir. Alimlər bu “sirr”i dörd səbəblə əlaqələndirirlər.

• Dölün sağ qalma nisbətinin aşağı olması 

• Nəslin sağ qalma nisbətinin aşağı olması 

• Aşağı doğum nisbətləri

• Anadan ayrılıq

İndependent xəbər verib ki, mavi balinalar Kaliforniya sahilləri kimi krilin bol olduğu sərin ərazilərdə qidalanmaq üçün yay aylarında miqrasiya edirlər. Qışda doğuş etməyə hazır olduqda, Kaliforniya körfəzi və şərq tropik Sakit okean kimi isti bölgələrə qayıdırlar.

Boyu 16 metrdən çox olan balalar doğulduqdan 7 ay sonra süddən kəsilir və anaları ilə əlaqəni itirirlər. Bu, yayda çöl tədqiqatları aparan əksər tədqiqatçıların mavi balina analarını balaları ilə niyə nadir hallarda görmələrini izah edib.

Tədqiqatın həmmüəllifi, Vaşinqton Universitetindən Trevor Branch araşdırma haqqında bunları söylədi:

“Mavi balinalar yayda qidalanma yerlərini tərk etdikdən qısa müddət sonra balalarını dünyaya gətirirlər və 7 ay sonra geri qayıtmazdan əvvəl balalarını süddən kəsirlər".

"Bu nəticələr onu göstərir ki, itkin düşən mavi balina balalarının sirrini anaların yay qidalanma yerlərini tərk etdikdən dərhal sonra balalamaq və qayıtdıqdan sonra süddən kəsmələri ilə izah etmək olar".

Ən son araşdırmadan əldə edilən məlumatlar keçmiş balina ovu qeydləri ilə birləşdirilib. Bu, qış rayonlarında aşkar edilən balaların sayının daha yüksək olduğunu üzə çıxarıb.

Mənbə: Diken.com

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et