Bu gün:

Dyson saç qurutma maşını tezliklə hər kəs üçün əlçatan olacaq


Bir ildən çoxdur ki  təqdim edilən yenilənmiş Dyson “Supersonic r”saç qurutma maşını yalnız salonlar və peşəkar stilistlər tərəfindən satın alına bilərdi. Ancaq bu gün şirkət, Yahoo-nun hesabatına görə, stil alətinin sabahdan etibarən ABŞ-da, aprel ayında isə Avropada hər kəs üçün əlçatan olacağını açıqlayıb. 

Supersonic r-nin istehlakçı versiyası iki yeni rəng variantında - keramik çəhrayı və yaşma gavalı - satışa çıxarılacaq və Yahoo-ya görə orijinal ilə eyni qiymətə 569,99 dollara satılacaq. Dyson, həmçinin bu yay daha uzun elektrik kabeli və yeni mis və bənövşəyi rəng seçimləri ilə saç qurutma maşınının peşəkar versiyasını təklif etməyə davam edəcək.

Supersonic r həmçinin, çəkinin yaxşılaşdırılması üçün quruducunun tutacağına sıxılmış daha kiçik mühərrikə (130.000 rpm-də fırlanır) və soyuq nöqtələr olmadan daha bərabər istiliyi çatdırmaq üçün nəzərdə tutulmuş üç diskli qızdırıcı elementə malikdir. Onun dizayn qoşmaları quruducuya maqnitlə yapışır və RFID tərəfindən tanınır, o, Supersonic r-ni avtomatik olaraq xüsusi istilik və güc parametrlərinə və ya qoşma ilə ən son istifadə edilən parametrlərə keçirir.

Mənbə: theverge
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et