
Şübhəsiz ki, çoxlarınız Dendy konsolunda ən çox oynadığımız "Pac-Man" oyununu xatırlayırsınız. Oyun sadə, lakin çox əyləncəli və maraqlı idi. Bu gün sizinlə bu kult oyunu haqqında çoxlarının bilmədiyi maraqlı və gülməli faktlara nəzər yetirəcəyik.
1. Pac-Man oyunu 1979-cu ildə Yaponiyada buraxıldı,Amerikan oyun şirkəti "Midway" onunla maraqlanana qədər vətənində populyar olmayıb. Yalnız 1980-ci ildə, oyun ABŞ-da satışa çıxarıldıqda, o, qeyri-adi populyarlıq qazanıb. Və 1984-cü ildə oyun NES (Dendy) daxil olmaqla ev konsollarına köçürülüb.
2. Pac-Man-ın yaradıcısı Toru İvatani adlı yapondur. Ən maraqlısı isə odur ki, o, Namco-da işə başlayanda oyun dizaynı sahəsində heç bir təcrübəsi və təhsili olmayıb. Buna baxmayaraq, onda istedad görüb işə götürüblər.
3. Hər yeni səviyyə ilə oyunun çətinliyi, düşmənlərin sürəti də artdığından, tərtibatçılar heç kimin son 256-cı səviyyəyə çata bilməyəcəyini düşünürdülər.Yalnız zaman keçdikcə oyunçular hər bir ruhun bir nümunəyə, yəni proqramlaşdırılmış davranış modelinə görə hərəkət etdiyini gördülər:
Qırmızı ruh (Blinky) Pac-Man-in özünün olduğu nöqtəyə doğru hərəkət edir;
Çəhrayı ruh (Speedy) Pac-Man-dan 4 nöqtə qabaqda olan nöqtəyə doğru hərəkət edir;
Göy ruh (Bashful) Blinky və Pac-Man mövqeyinə əsaslanan daha mürəkkəb düsturdan istifadə edir. Bu, hesablamaq üçün ən çətin xəyaldır;
Narıncı ruh (Pokey) ən axmaqdır. Pac-Man-dan 8 nöqtədən daha uzaqda olarsa, Blinky kimi ona doğru hərəkət edəcək. Ancaq əsas xarakterə 8 nöqtədən daha yaxındırsa, o, aşağı sol küncə gedəcək.
Bu davranış nümunələri sayəsində oyunçular öz marşrutlarını qurmağı və demək olar ki, təhlükəsiz şəkildə səviyyələri tamamlamağı öyrəndilər. Məhz bu oyunçular 256-cı səviyyədə bir nasazlıqla (ölüm ekranı) qarşılaşdıqlarını aşkar etdilər.
4. Hazırda Pac-Man oynamaq üzrə mütləq çempion və rekordçu amerikalı Billy Mitchelldir. 1999-cu ildə, Billy 33 yaşında olanda, bütün oyunu tamamlayaraq, bütün nöqtələri, ruhları və meyvələri yeyərək və bircə canını itirmədən mütləq rekord vura bilib. Bununla da o, özündən əvvəl heç kimin bacarmadığı 3333360 bal toplaya bilib.
5. İvatani xüsusi olaraq ruhları çoxrəngli etmək qərarına gəlib, çünki o, parlaq rənglərin də oyuna qadınları cəlb edəcəyinə inanırdı.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
