Kloun balıqları okeanlarda yaşayan və olduqca maraqlı biologiya xüsusiyyətlərinə malik olan canlılardır. Araşdırmalar göstərib ki, bütün kloun balıqları erkək doğulub və həyatlarının müəyyən mərhələsində dişiyə çevrilə bilirlər. Bu fenomen, dəniz ekosistemindəki balansın qorunmasında mühüm rol oynayır.

Kloun balıqları kiçik qruplar halında dəniz anemonlarının arasında yaşayır. Bu qruplarda yalnız bir dominant dişi və bir dominant erkək olur. Əgər dominant dişi ölürsə, qrupun ən böyük erkəyi cinsiyyətini dəyişərək dişi olur və nəsil artırmağa davam edir. Bu cinsiyyət dəyişimi hormonal dəyişikliklər nəticəsində baş verir və balığın reproduktiv orqanları tədricən dəyişir. Bu xüsusiyyət, kloun balıqlarının çoxalmasını və ekologiyada stabil qalmasını təmin edir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
