Bu gün:

Gülüstan sarayında “Qadın Liderləri Zirvəsi” keçirilib


"Facemark" və "İNCİ – İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə Gülüstan Sarayında "Qadın Liderləri Zirvəsi" keçirilib.


24Media.az xəbər verir ki, tədbir "Fərqlərin bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisi, lider və fikir öndərlərini bir araya gətirib.

Əvvəlcə, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova tədbirin əhəmiyyətindən danışıb. Daha sonra çıxışçılar Millət vəkili Nigar Arpadarai, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, yazıçı Aqşin Yenisey qadının cəmiyyətdəki rolundan bəhs ediblər.


Üç hissədən ibarət olan konfrans "Lider Qadın yoxsa, Qadın Lider", "İnnovasiya və Strateji yanaşmalar” və "Rəqəmsal Trendlər dövründə Qadınlar" adlı panellər üzrə keçirilib.

Forum zamanı iştirakçılar fərqli sahələrdən olan 3 moderator və 14 spiker qadının panel mövzuları üzrə çıxışlarını, təcrübələrini dinləyib, çoxsaylı suallar ünvanlayıblar.

Sonda iştirakçılar sponsorlar tərəfindən hədiyyələr qazanıblar.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et