M&M’s şokolad drajeləri insanlıq tarixində mühüm bir yer tutaraq kosmosda yeyilən ilk şirniyyat kimi qeydə alınıb. NASA astronavtları bu rəngarəng konfetləri 1981-ci ildə “Columbia” kosmik gəmisinin ilk uçuşunda özləri ilə aparıblar.

NASA kosmosda istifadə ediləcək qidaları seçərkən onların həm qida dəyərinə, həm də praktikliyinə xüsusi diqqət yetirir. M&M’s-lərin üstünlükləri onların əriməməsi, yüngül və daşınması rahat olmasıdır. Bundan əlavə, astronavtlar bu kiçik şirniyyatları mikroqravitasiya şəraitində asanlıqla yeyə bilirlər.
M&M’s illərdir astronavtların rasionunda yer alır və hətta “Beynəlxalq Kosmik Stansiya”da da istifadə edilir. NASA-nın qida siyahısında olan bu şokolad drajeləri kosmos səyahətləri zamanı astronavtların əhvalını yüksəltmək və onlara tanış dad hissi vermək üçün seçilib.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
