ABŞ prezidenti Donald Tramp sağçı tərəfdarı, şərhçi Den Bonqinonu FTB-nin direktor müavini təyin edib.
Tramp sosial mediada yazıb ki, Bonqino “Ölkəmizə inanılmaz sevgi və məhəbbətlə bağlı bir insandır” və o, FTB-nin yeni təsdiqlənmiş direktoru Kaş Patel-in rəhbərliyi altında çalışacaq.
50 yaşlı Bonqino əvvəllər Nyu-York Polis Departamentində və Məxfi Xidmətdə çalışıb, həmçinin prezidentlər Corc Buş və Barak Obamanın mühafizə qrupunun bir üzvü olub.
O, Facebook yazıları ilə Fox News və CNN-in birlikdə cəlb etdiyindən daha çox diqqət toplayan özünəməxsus podkastın aparıcısıdır.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
