Bu gün:

Fransa tarixinin ən böyük uşaq istismarı məhkəməsinə hazırlaşır


30 il ərzində yüzlərlə zorlamada ittiham olunan həkimin işində “uğursuzluq zənciri” göstərilib.

Amélie Lévêque, nəhayət, iyirmi ildən çox müddət ərzində onu narahat edən, izah olunmayan depressiya və digər pozğunluqları başa düşdüyü anı xatırlayıb.

İndi 42 yaşında olan Lévêque 2019-cu ildə üç onillik ərzində xəstələrə cinsi təcavüz etməkdə şübhəli bilinən və rəqəmsal gündəliklərdə sui-istifadəni diqqətlə kataloqlaşdıran bir cərrah haqqında araşdırma aparan hesabatı görəndə nöqtələri birləşdirib. Lévêque cərrah tərəfindən appendiks çıxarılanda 9 yaşında olub.

"Dərhal anladım ki, mənim başıma gələn budur," — deyə Lévêque AFP-yə bildirib,- "Bu, həyatımdakı çox qəribə şeyləri izah edib: xəstəxanalara fobiyam, yemək pozğunluğum... əməliyyatımdan bəri dayandırılmış bir həyat kimi".

Lévêque Fransanın Brittany sahilindəki Vannes şəhərində bazar ertəsi açılan ən böyük uşaq cinsi istismarı məhkəməsində ifadə verməyə hazırlaşıb. Keçmiş cərrah, 74 yaşlı Joël Le Scouarnec, otuz il ərzində 299 qurbanı zorlamaqda və ya cinsi təcavüzdə ittiham olunub, onların əksəriyyəti orta yaşları 11 olan 15 yaşından kiçik qız və oğlanlar olub.

Hüquqşünaslar deyib ki, bir çox qurbanlar hücuma məruz qaldıqlarını xatırlamadıqlarını və Lévêque-in simptomlarına bənzər simptomlar yaşadıqlarını bildiriblər. Digərləri cinsi disfunksiyaya məruz qalıblar və narkotik maddələrdən sui-istifadə ediblər. Onlar əlavə ediblər ki, polis Le Scouarnec-in yazılarından adlar götürüb, onları axtarıb tapıb və onlar haqqında yazılmış hissələri onlara göstərdikdə bu ifşalar müxtəlif dərəcədə fiziki və psixoloji reaksiyalara səbəb olub. 2020 və 2021-ci illərdə hər ikisi 25 yaşında olan iki kişi intihar edərək ölüblər.

Mənbə: NBC

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et