Cənubi Koreyada "Jeju Air" təyyarəsinin eniş zamanı nəzarətdən çıxması və 179 nəfərin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında 56 günlük fasilədən sonra uçuşlar bərpa edilib.
“Yonhap”n məlumatına görə, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib.
Bu çərçivədə hava limanında 56 günlük fasilədən sonra tibbi və təhsil məqsədləri üçün uçuşlar bərpa edilib.
Hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmə işləri səbəbindən aprelin 18-dək dayandırılıb.
Qəza vaxtı:
2024-cü il dekabrın 29-da Banqkok-Muan istiqaməti üzrə hərəkət edən “Jeju Air 7C2216” tək keçidli Boeing 737-800 təyyarəsinin Cənubi Koreyanın Muan şəhərinə eniş zamanı şassisi açılmayıb.
6 nəfərdən ibarət ekipaj və 175 sərnişini daşıyan təyyarə Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağına endikdən sonra idarəetmədən çıxaraq divara çırpılıb və nəticədə 179 nəfər ölüb.
Milli Yanğından Mühafizə Marşalının Ofisinin məlumatına görə, qəzadan yalnız hər ikisi ekipaj üzvü olmaqla, 30 yaşlarında olan qadın və 20 yaşında bir kişi sağ qalıb.
Səlahiyyətlilər qəzanın təyyarənin eniş şassasındakı nasazlıqdan qaynaqlandığını, ilk uçuşda təyyarənin eniş şassosunun açılmadığını və ikinci uçuşda məcburi eniş zamanı təyyarənin qəzaya uğradığını bildirib.
Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət sayılan hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
