Bu gün:

Marvel tarixi: komikslərdən qlobal brendə qədər


Əvvəllər Marvel comics kimi tanınan Marvel entertainment əyləncə dünyasının ən məşhur və nüfuzlu şirkətlərindən biridir. 

O, 1939-cu ildə, Qarışqa adama həsr olunmuş komiks kitabının “Timely Publications” adı altında ilk nömrəsi çıxanda təsis edilib. Şirkətin əsasını naşir olan Martin Qudman və ilk əsərlərin arxasında duran rəssam və yazıçılar qrupu qoyub.

Fəaliyyətinin ilk günlərində Marvel yalnız komiks nəşrinə diqqət yetirib. 1940-cı illərdə şirkət II Dünya Müharibəsinin simvoluna çevrilən Kapitan Amerika və İks adamlar kimi əfsanəvi personajları dünyaya tanıdıb. Əvvəlcə Marvel DC Comics kimi digər böyük komiks nəşriyyatları ilə rəqabət aparıb, lakin onun unikal hekayələri və personajları tədricən populyarlıq qazanıb.


Şirkətin tarixindəki ən mühüm addımlardan biri Dəmir adam, Tor, Hulk və Hörümçək adam kimi ikonik fiqurların da daxil olduğu yeni nəsil superqəhrəmanların meydana çıxması olub. Bu, yazıçı Sten Li və rəssamlar Cek Kirabi və Stiv Ditkonun səyləri ilə mümkün olub.


Bu personajlar görünəndən bəri Marvel-in populyarlığı yüksəlir. 1960-1970-ci illərdə şirkət təkcə əyləncəli deyil, həm də irqçilik, Vyetnam müharibəsi və azlıqların hüquqları uğrunda mübarizə kimi mühüm sosial və siyasi mövzulara toxunan komikslər nəşr etməyə başlayıb. 


Bu gün MCU-ya 20-dən çox film daxildir və Marvel personajları qlobal pop mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Marvel əyləncə sənayesinin mühüm hissəsi olaraq qalaraq televiziya, video oyunlar və digər media formalarında da genişlənməyə davam edir. Bu gün şirkət dünya üzrə milyonlarla pərəstişkarına heç kimi laqeyd qoymayan inanılmaz sərgüzəştlər təqdim edərək yeni qəhrəmanlar, hekayə xətləri və unikal kainatlar yaratmağa davam edir.


Mənbə: trashbox.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et