Bu gün:

Qışda evdə bəslədiyimiz pişik və itlərdə nələrə diqqət etməliyik?


Soyuq qış günlərində ev heyvanı sahiblərinə mühüm xəbərdarlıq edilib. Baytar Mustafa Yıldız qış aylarında əziz dostlarımızın sağlamlığını qorumaq üçün alınmalı olan tədbirləri izah etdi.

"Qış mövsümündə hava şəraitinə görə ev heyvanlarımız üçün uyğun geyim və qoruyucu vasitələrdən istifadə etmək vacibdir" deyən Yıldız, ayaqqabı, çəkmə, palto, sviter, köynək kimi məhsulların əhəmiyyətini vurğuladı.

Bundan əlavə, baytar ev heyvanlarının gündəlik kalori ehtiyaclarının onların fəaliyyətinə uyğun olaraq tənzimlənməsi lazım olduğunu vurğulayıb. "Çöldə daha çox vaxt keçirən itlər üçün yem miqdarı yay aylarına nisbətən artırılmalı olsa da, isti mühitlərdə yaşayan heyvanlar üçün aşağı kalorili bir pəhriz kifayət edə bilər" dedi.

Hamam tezliyinə də toxunan Yıldız qış aylarında ev heyvanlarının hamamını seyreltməyin təbii yağ balansını qorumaq baxımından faydalı olduğunu söylədi. 

Mütəxəssis, "Ev heyvanlarımız üçün soyuqdan ən yaxşı qorunma onların təbii tüklərini sağlam saxlamaqdır. Ona görə də qış aylarında onları qırxmaqdan çəkinməli və onları qorumaq üçün düzgün tədbirlər görülməlidir" dedi.

Mənbə: Medyabar

rcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et