Bu gün:

Braziliyada fövqəladə vəziyyət elan edilib


Braziliyanın Amazon bölgəsindəki Buritikupu şəhərində əmələ gələn nəhəng çuxurlar yüzlərlə ailəni qorxuya salıb. Səlahiyyətlilər evlərin uçuruma getməsi riskinə qarşı bölgədə fövqəladə vəziyyət elan edib.

Braziliyanın Amazon bölgəsindəki bir şəhərin səlahiyyətliləri yüzlərlə evi təhdid edən kütləvi uçqunlardan sonra fövqəladə vəziyyət elan edilib.


Maranhao əyalətinin Buriticupu şəhərində bir çox bina sökülüb, 55 min nəfərlik əhalinin təxminən 1200-ü böyüyən uçuruma görə evlərini itirmək riski ilə üzləşib.


Bu ayın əvvəlində şəhər hökuməti tərəfindən verilən fövqəladə fərmanda çökmələr haqqında "ölçülər son bir neçə ayda çox sürətlə artıb və mənzillərə əhəmiyyətli dərəcədə yaxınlaşıb",-deyilib.


Həmçinin yağışlar qumlu quruluşuna görə həssaslaşan torpağı tədricən aşındırır və bu problemdə yaxşı planlaşdırılmamış tikinti işləri və meşələrin qırılması da rol oynayır.


Mənbə: NTV

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et