BBC-nin verdiyi məlumatlara görə, Ukraynada müharibənin dördüncü ilinə girdiyi bir vaxtda Rusiya ordusunda döyüşən 95000-dən çox insan həlak olub.
Bu rəqəmə sayı 21000-23500 arasında olduğu təxmin edilən və Donbas bölgəsindəki separatçı qruplaşmaların tərkibində xidmət edərkən həyatını itirən döyüşçülər də daxil deyil.
Siyahıya rəsmi hesabatlar, qəzetlər, sosial şəbəkələr, yeni xatirə abidələri və məzarlıqlardan əldə edilən məlumatlar əsasında təsdiqlənmiş mərhumların adları daxildir. Həlak olanların sayının bundan daha çox olduğu ehtimal edilir.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
