Bu gün:

MİT arxivlərində 'Trotski' hesabatı


MİT arxivlərində 'Trotski' hesabatı: Böyükada sürgün illərində belə addım-addım izlənilirdi...

Milli İstihbarat Təşkilatı (MİT) bolşevik siyasətçi Lev Trotskinin Böyükadada sürgündə olduğu zaman Sovet İttifaqı kəşfiyyatı tərəfindən izlənilməsi ilə bağlı hesabatı yayımlayıb.

MİT-in rəsmi internet saytında “Xüsusi Kolleksiya” bölməsi altında yer alan “sənədlər” hissəsində yayımlanan yeni kəşfiyyat hesabatı, bolşevik siyasətçi Lev Trotskinin 1929-1933-cü illərdə İstanbulun Böyükada bölgəsində sürgündə olduğu müddətdə Sovet İttifaqı kəşfiyyatı tərəfindən izlənilməsinə və bu məlumatın Milli Əmniyyət Xidməti Rəyasətinə (MAH) çatdırıldığına dair hazırlanmış İstanbul Bölgə Amiri Aziz Hüdai Bəy imzalı kəşfiyyat hesabatıdır.

16 yanvar 1932-ci il tarixli hesabatda bu ifadələr yer alıb:

“Erməni tərcüməçimiz … əfəndi bizə qarşı mövqeyini düzəltmək üçün çalışmağa başlayıb. Sarkisin vəzifəsini icra edən və hesabatlarımızda G.P.U. agenti kimi adı keçən Davranofla əlaqə qurub. Davranof ilk vəzifə olaraq belə bir təklif irəli sürüb: ‘Trotskinin hərəkətlərini yaxından izləmək istəyirik. Onun yanına kimlər gəlir, haralara gedir, kimlərlə görüşür, evində ən çox hansı işlərlə məşğul olur, kimlərlə və haralarla yazışır?’ Təlimatımıza əsasən, agentimiz bu xidməti qəbul edib. Davranof Trotskinin mühafizəsinə cavabdeh olan şəxslərin adlarını və onlardan hansının ələ keçirildiyini soruşub. Əvvəlcə agentimiz bu sualın qaydalara zidd olduğunu əsas gətirərək cavab verməyib, lakin yenə də təlimatımıza uyğun olaraq bunu qəbul edib. Davranofa bir ad və bir vasitə təqdim edəcəyik. Onlar mütləq bu vasitəni araşdıracaq və ya agentimizi tamamilə kənara qoyaraq vasitəni ələ keçirməyə çalışacaqlar. Beləliklə, Davranofun bəzi adamlarını tanımaq və onların nə etmək istədiklərini anlamaq mümkün olacaq.”

Davranof agentimizin işini asanlaşdırmaq üçün belə deyib: “Əgər nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirsinizsə, Trotski adada olarkən onunla birlikdə olan polis məmuru Salih Əfəndi ilə görüşüb ona söz açın. Başqalarına məlumat verən bu usta, yəqin ki, sizə də kömək edəcək. Görəcəyiniz işin dəyərindən asılı olaraq həm sizə, həm də avtomobilə görə pul ödəyəcəyik. Həmçinin, bu günlərdə İngiltərədən Trotski ilə görüşmək üçün bir adam gələcək. Onun kimliyini və nə üçün gəldiyini öyrənin.” O, Fındıklıdakı kömür anbarı sahiblərindən olan Arşagin həyat yoldaşı Arşakuhinin Şahverdiyan tərəfindən Yunanıstana dəvət edildiyini və bu qadının əvvəllər Şahverdiyanda xidmətçi işlədiyini bildirib.”

Hesabatda Davranofun sözləri də yer alıb.

Buna görə, MAH işçiləri mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:

“Trotski adada olarkən mühafizəçilər arasında Salih Əfəndi adlı bir polis də var idi. Amma o, Trotski ilə birlikdə Kadıköyə getmədi. İngiltərədən gələcəyini bildirdiyi adamla gəldi. Onun adı Osias Rosenzweigdir. Bununla yanaşı, Raymond Mouliniere adlı bir fransız da gəldi və hər ikisi Trotskinin evində qaldı. İkinci şəxsin alman əsilli olduğu bildirildi. O, fransızdır, türk və yunan dillərində danışır. Onların nə üçün gəldikləri və niyə Trotskinin evində qaldıqları barədə agentimiz vasitəsilə Davranofa müəyyən məlumat verəcəyik.”


Mənbə: CNN türk 

Tərcümə etdi: Çinarə Həmzəliyeva

Paylaş
Şərh əlavə et