Bu gün:

Qarışqalar necə nəfəs alır?



Qarışqalar digər canlılardan fərqli olaraq nəfəs almaq üçün ağciyərlərdən istifadə etmirlər. Onların kiçik bədən quruluşu oksigenin daxil olub çıxmasına imkan verən xüsusi sistemlə təchiz olunub.


 Qarışqalar traxeya adlı nazik borular vasitəsilə oksigen alırlar. Bu borular oksigeni birbaşa bədənlərindəki hüceyrələrə çatdırır və eyni zamanda karbon qazını xaric edir.


Bu unikal tənəffüs sistemi qarışqaların səmərəli şəkildə enerji almasına və uzun müddət aktiv qalmasına kömək edir. Xüsusilə, işçi qarışqalar gün ərzində fasiləsiz şəkikdə hərəkət etdikləri üçün bu sistem onların həyatında mühüm rol oynayır.


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et