Bu gün:

Orta əsrlərdə "mühakimə edilən” heyvanlar


Orta əsr məhkəmələrində ən maraqlı müttəhimlərdən biri heyvanlar olub. Bu heyvanlar insanları öldürmək cinayətinə görə mühakimə olunub; onlar məhkəmə qarşısına çıxarılacaq, təqsirli bilinəcək və adətən ölümə məhkum ediləcəkdi. Ən çox edam edilən heyvan donuz olub. Uzun illər davam edən heyvan sınaqları istifadə etdikləri işgəncə üsulları ilə tarixə həkk olunub.

Orta əsrlərdə “cinayət törədən” heyvanlar üçün məhkəmələr keçirilib. Bu vəziyyət “asayişin qorunması” üçün normal olub. Qaranlıq dövr kimi də tanınan bu dövrdə heyvanların mühakimə edilməsi ümumiyyətlə dini xarakter daşıyıb. Kilsə və insanlar heyvanlara “pis varlıqlar” kimi baxıblar. Heyvanların onları müdafiə edəcək vəkilləri olub; bəziləri məhkəmədən əvvəl həbs edilib, sonra isə çox vaxt ictimai yerlərdə edam edilib.

Bu hallar iki yerə bölünüb: insanları öldürən və ya şikəst edənlər, heyvanlara zərər verənlər və tarlalarda əkinlərə zərər verənlər.

Donuz və inək kimi heyvanlar əhliləşdirilmiş və insanların nəzarəti altında olduqları üçün məhkəmələrdə mühakimə olunub. Edam zamanı heyvanlara insan paltarı geyindirilib.

1386-cı ildə Normandiyada körpəni beşiyində öldürən donuz köynək geyinərək dar ağacından asılaraq ölümə məhkum edilib. Fermerlər nümunə olaraq digər donuzları edamı izləməyə məcbur ediblər.

Siçan və həşərat kimi heyvanlar Allahın nəzarəti altında olduqları üçün kilsə məhkəmələri tərəfindən mühakimə olunur; onların cəzası xaric edilmə və ya sürgün olub.

1789-cu ildə Fransada tutuquşu "Yaşasın kral" deyə qışqıraraq ölümə məhkum edilib. Lakin tutuquşuya “inqilabı tərənnüm edən cümlələr” əzbərləməyə məcbur ediləndə onun cəzası ləğv edilib.

Heyvanları zəka və davranış baxımından insanlarla bərabər hesab edən orta əsr zehniyyəti onlara tətbiq etdiyi işgəncə üsulları ilə tarixə həkk olunub.


Mənbə: gzt

Tərcümə edən: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et