Bu gün:

Hava şəraiti əhvalımıza necə təsir edir?


Adətən hava günəşli və aydın olanda biz özümüzü xoşbəxt hiss edirik, lakin hava buludlu olanda isə insan özünü yuxulu və halsız hiss edir.

Əslində, bunun elmi izahı var. Günəş işığı bədəndə serotonin ifrazını artıraraq xoşbəxtlik hissini dəstəkləyir. Digər tərəfdən isə günəş işığı az olduqda melatonin daha çox ifraz olunduğu üçün özümüzü yuxulu və zəif hiss edə bilərik.


Həmçinin bəzi elmi araşdırmalar göstərir ki, il boyu havanın, əsasən, buludlu olduğu ölkələrdə depressiya nisbətləri daha yüksəkdir. Mövsümi əhval dəyişikliyi, xüsusilə, qış aylarında özünü daha qabarıq göstərir.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et