İrlandiya mağaralarında tədqiqatçılar Hollivud qorxu filmindən birbaşa səhnə aşkar ediblər.

2021-ci ildə Şimali İrlandiyada təbiət sənədli filmi üzərində işləyən BBC-nin istehsal qrupu Espie qalasındakı tərk edilmiş barıt mağazasında qəribə, ağ göbələklə örtülmüş hörümçəyin qalıqlarını aşkar edib. Onlar hörümçəyin şəklini çəkib və görüntülər sonradan ətraf mühit və kənd təsərrüfatı tədqiqatları üzrə ixtisaslaşmış qeyri-kommersiya təşkilatı CAB International-ın əməkdaşı Dr. Harri Evans tərəfindən araşdırılıb.

Doktor Evans fotoşəkilləri nəzərdən keçirdikdən sonra ekipajın yeni bir göbələk növü kəşf etdiyinə inanıb. "Mən bunun naməlum və ya qeyri-adi bir növ olduğunu iddia edib və çəkiliş bitdikdən sonra nümunəni istəmişəm" ,– deyə o, The New York Times-a bildirib.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
