Kainatda gördüyümüz hər bir ulduz və hər qalaktika əslində milyardlarla il davam edən inanılmaz prosesin nəticəsidir. Ulduzlar səmadakı ən parlaq işıqlar kimi görünsələr də, əslində çox daha mürəkkəb bir yaranma prosesi var. Eyni şəkildə, nəhəng qalaktikalar da ulduzların birləşərək əmələ gəlməsinin möhtəşəm nümunələridir.

Ulduzlar: Kosmik yerlərdə yaranıb
Ulduzun yaranması qaz və toz buludunun sıxılmağa başlaması ilə başlayır. Bu buludlar əsasən hidrogendən ibarət olur və cazibə qüvvəsinin təsiri altında tədricən bir yerə toplanır. Sıxılma zamanı atomlar bir-birinə yaxınlaşır və nəticədə nüvə sintezi baş verir. Bu proses başladıqda, həmin qaz yığını ulduza çevrilir və işıq saçmağa başlayır.
Ulduz enerjisini bu proseslə istehsal etdiyi üçün ətrafındakı qazları da qızdırır. Ulduz nə qədər böyük olarsa, o qədər sürətlə böyüyür, lakin ömrü də bir o qədər qısa olur. Kütləvi ulduzlar bir neçə milyon il ərzində nüvə yanacağını tükətdikdə fövqəlnova partlayışı ilə ömürlərini tamamlayırlar. Bu partlayış isə kainatın başqa bölgələrində yeni ulduzların yaranmasına səbəb ola bilər.
Qalaktika ulduzlar, qaz, toz və qaranlıq maddədən ibarət nəhəng sistemlərdir. Qalaktikaların yaranması kainatın erkən dövrlərinə təsadüf edir. Böyük Partlayışdan sonra soyuyan qaz və toz cazibə qüvvəsinin təsiri ilə toplanaraq böyük qaz buludları əmələ gətirib. Zamanla bu buludlar birləşərək ulduz qruplarını formalaşdırıb və nəticədə qalaktikalar yaranıb.
Ulduzların və qalaktikaların təkamülü: Sonsuz çevrilmə
Ulduzlar yarandıqdan sonra təkamül prosesi keçirirlər. Onlar ömürlərinin sonunda adətən fövqəlnova partlayışı ilə yox olurlar, lakin bu partlayışlar yeni ulduzların yaranmasına şərait yaradır. Qalaktikalar da zamanla inkişaf edir və toqquşmalar nəticəsində yeni quruluşlar əmələ gəlir. Bu prosesdə bəzi ulduzlar məhv olsa da, kainatda təkamül daim davam edir.
Kainatda sonsuz sayda ulduzlar və qalaktikalar
Ulduzlar və qalaktikalar kainatın ən möhtəşəm quruluşlarıdır və hər biri özünəməxsus bir hekayə danışır. Hər ulduzun yaranması və hər qalaktikanın formalaşması kainatın nə qədər mürəkkəb və maraqlı olduğunu sübut edir. Onlar kainatdakı əbədi dövrənin bir hissəsidir və bu dövrədə hər şey bir-biri ilə əlaqəlidir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
