Alimlərin araşdırmalarına görə, insan bədəni yaşlandıqca müəyyən dəyişikliklərə məruz qalır. Bunlardan ən maraqlısı isə burnun və qulaqların ömür boyu böyüməyə davam etməsidir.

Burnun və qulaqların daim böyüməsinin əsas səbəbi qığırdaq toxumasıdır. Qığırdaq digər bədən toxumalarına nisbətən daha elastikdir və zaman keçdikcə öz formasını dəyişir. Həmçinin cazibə qüvvəsinin təsiri ilə bu orqanlar daha sallanmış və böyük görünə bilər.
Mütəxəssislər bildirirlər ki, yaşlandıqca qığırdaq zəifləyir və elastikliyini itirir. Bununla yanaşı, dəri də incəlir və dəstək funksiyasını itirir. Nəticədə qulaqlar və burun daha böyük və uzun görünür. Bu, tamamilə təbii bir prosesdir və hər kəsdə fərqli şəkildə müşahidə edilə bilər.
Bəzi insanlar bu dəyişikliklərdən narahat ola bilərlər. Buna görə də estetik əməliyyatlar və ya kosmetik prosedurlar getdikcə daha çox populyarlaşır. Ancaq həkimlər vurğulayır ki, bu, insanın təbii yaşlanma prosesinin bir hissəsidir və sağlamlığa hər hansı bir mənfi təsiri yoxdur.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
