Bu gün:

Mavi balina: Virtual dünyanın qaranlıq üzü


Mavi balina oyununu ilk dəfə Rina Palenkova ilə başlayıb və gündəmə gəlib.

2015-ci il noyabrın 22-də Cənub-Şərqi Rusiyada yaşayan Rina bir selfi paylaşıb.
Fotoda o, çöldə dayanıb. Ağız və burnunu qara şərf ilə bağlayıb. Kameraya üstündə qana bənzər qurumuş maddənin olduğu görünüb.
Və o fotoya belə bir başlıq əlavə edib: "Nya bye".
Ertəsi gün isə onun intihar etməsi ilə bağlı paylaşımlar edilməyə başlayıb.


Rina Palenkovanın ölümü Rusiyanın ən böyük sosial şəbəkəsi olan VKontakte-də yaradılan müəyyən növ çat otaqlarında müzakirə olunub. Bu forumlar yeniyetmələrin məktəb, sinif yoldaşları kimi gündəlik mövzuları danışdıqları yerlər olsa da, burada daha qaranlıq mövzular – depressiya, tənhalıq və intihar da tez-tez müzakirə edilib.
Bu qruplarda qorxulu hekayələr paylaşılıb. Bu hekayələrin təsirli olması onların gerçəyə bənzəməsindən irəli gəlirdi. Bunu saxta şəkillər və ya redaktə edilmiş videolar vasitəsilə əldə ediblər.
Bu hal klassik qorxu filmlərində tez-tez rast gəlinən "gerçək hadisələrə əsaslanıb" iddiasını xatırladıb. Çünki yaxşı bir qorxu hekayəsinin əsasında həmişə bir az da olsa, inanılası bir detal olur.
Məhz bu qruplarda fakt və uydurma arasındakı sərhəd tez-tez itirdi. İstifadəçilər Rina haqqında dayanmadan paylaşımlar ediblər. Bəziləri onun həyatına son qoymasını alqışlayırdı. Hətta onun "son anlarını" əks etdirən videolar belə onlayn yayımlanıb.
Lakin şayiələr arasında bir problem var idi.
Qısa müddət sonra Rinanın hekayəsi digər yeniyetmə intiharları ilə əlaqələndirilib.
2015-ci ilin Milad günü, Rusiyanın Ryazan şəhərində yaşayan 12 yaşlı Angelina Davydova öz canına qəsd edib. Təxminən iki həftə sonra isə eyni şəhərdən olan başqa bir yeniyetmə – Diana Kuznetsova da intihar edib.
Valideynlər qızlarının geridə qoyduğu onlayn hesabları araşdırdıqda maraqlı bir məqamla qarşılaşıblar: Hər iki qız eyni tip onlayn qrupların üzvü idi.
Bu qruplarda:
• Rina Palenkovanın rəsmləri
• intiharla bağlı paylaşımlar və
• mavi balinalardan tez-tez bəhs edən postlar yer alırdı.
Bu oxşarlıqlar "mavi balina" çağırışının mif kimi yayılmasına şərait və insanlar arasında narahatlıq yaratdı.

Niyə mavi balinalar?

Bu qruplarda balinaların intiharla necə əlaqələndirildiyi barədə çox fərziyyələr var. Bəzi mütəxəssislər və jurnalistlər bunun səbəbini balinaların bəzən özlərini sahilə atması ilə izah ediblər. Bu qəribə hadisə alimləri hələ də çaşdırır və intiharla simvolik bağ yaradıb.
Başqa bir fikirə görə, bu əlaqə Rusiyanın "Lumen" rok qrupunun mahnı sözlərinə istinad edir.
Əlbəttə ki, bəzi görüntülərin niyə insanlarda xüsusi təsir yaratdığını dəqiq söyləmək çətindir. Balinalar tənha görünüşləri və kədərli ifadələri ilə seçilən heyvanlardır. Eyni zamanda, onların görüntüləri memlər üçün uyğun material yaradır.
Bu qruplarda ən çox yayılan şəkillərdən biri gecə vaxtı bir şəhərin üzərindən uçan balina təsviriydi. Bu görüntü qrupların ruhunu – melanxoliya və səssizcə qeyri-reallığı əks etdirirdi.
Lakin mavi balinalar və intihar mövzusu Rusiyada geniş müzakirəyə çıxarılana qədər 2016-cı ilin may ayını gözləmək lazım gəlib. Bu tarixdən sonra məsələ milli miqyasda diqqət mərkəzinə çevrilib.

Mavi balina: Fakt, yoxsa uydurma?
Yeniyetmələrin istifadə etdiyi mesajlaşma forumları qeyri-adi memlər və qorxulu hekayələrlə dolu olduğu üçün böyüklər tərəfindən tez-tez səhv başa düşülür. Bəzi mütəxəssislər və narahat valideynlər bu qruplara daxil olub, bir-biri ilə əlaqəsi olmayan parçaları birləşdirərək əslində mövcud olmayan bir hekayə quraşdırmış ola bilərlər.
Bu yanaşma Rusiya Humanitar Elmlər Dövlət Universitetinin Folklor Araşdırmaları üzrə professoru Aleksandra Arxipovanın tapıntıları ilə üst-üstə düşür. O və həmkarları "mavi balina" çağırışı ilə əlaqəli olduğu iddia edilən onlayn qruplara qoşulanda qəribə bir mənzərə ilə qarşılaşıblar.

Arxipova deyir:
“Bütün bu ‘kuratorlar
’ sadəcə 12-14 yaşlı uşaqlar idi”.
Əslində, qrup üzvlərini yönləndirən manipulyativ böyüklər yox, sadəcə oyun haqqında eşidib maraqlanan uşaqlar idi.
Onlayn qruplarda tapılan "kuratorlar" sadəcə mətbuatda yayılan xəbərləri təqlid edən yeniyetmələr idi.
Onlar oyun haqqında eşitdikləri ssenarini addım-addım canlandırırdılar.
Bu araşdırma göstərdi ki, oyunun təhlükəli bir kult kimi təqdim edilməsi, bəlkə də, yanlış anlaşılmaların nəticəsi olub.

Bəs o zaman Philipp Budeikinin hekayəsi necə olur? 
Axı o, "mavi balina" oyununu yaratdığını etiraf etmişdi. Maraqlısı budur ki, bu məsələnin kökündə onun musiqi karyerası dayanır.
Araşdırmaçı jurnalist Yevgeni Berq ilə danışan Budeikinin dostları onun təhlükəli bir “ağıl ustası” olmadığını iddia ediblər.
Əksinə, onlar Budeikin onlayn qrupları Rina Palenkova və intihar kimi şokedici mövzularla dolduğunu bildirib.
Məqsədi sadəcə daha çox izləyici qazanmaq və sonradan öz musiqisini tanıtmaq olub.
Bu, VKontakte sosial şəbəkəsində geniş yayılmış bir təcrübədir insanlar izləyici sayını artırıb, sonradan bunu reklam və satış üçün istifadə ediblər.
Budeikin həbs olunanda onun barəsində 15 ittiham irəli sürülüb. Lakin növbəti ay bu ittihamların demək olar ki, hamısı ləğv edilib sadəcə bir ittiham qüvvədə qalıb.

Əsl problem nədir?
Gənclər arasında intihar mürəkkəb sosial və psixoloji səbəblərlə bağlıdır.
Nə bu problemi bir anda həll edəcək bir yol var, nə də bütün təhlükəni aradan qaldıracaq bir "pis adam".
"Mavi nalina" hekayəsi bizə göstərir ki, bəzən cəmiyyət çətin problemlərə sadə və qorxulu izahlar tapmağa çalışır, halbuki həqiqət daha dərin və çətindir.

Mənbə: BBC


Tərcümə etdi: Arzu Qafarova








Paylaş
Şərh əlavə et