
İnsana yüksək məhəbbət və sədaqət hissi olaraq təyin olunan məhəbbət psixologiyaya görə bioloji impulslarla mərhəmətin qarışığı nəticəsində də yarana bilər. Hər bir insanın həyatı boyu ən çox üç dəfə aşiq ola biləcəyini iddia edən əlaqələr üzrə mütəxəssis Helen Fişerə görə, bunların ən zəhərlisi ikinci sevgidir.
Çox vaxt gənclik sevgisi kimi təsvir edilən ilk sevgi, bir çox insanın həyata sadəlövh olduğu illərə təsadüf edir. Həyat məşqçisi Mark Manson ilk sevginin fiziki və davranış cazibəsinə əsaslandığını və beynin reproduktiv instinkti ilə ortaya çıxdığını iddia edir. İnsanlar bu sevgini nağıl kimi görsələr də, sonradan yaşayacaqları emosional təcrübələrlə müqayisədə olduqca səthi olaraq qalır.
Münasibətlər üzrə ekspertlər deyiblər ki, ikinci məhəbbət zəhərli dövrəyə səbəb ola biləcək şiddətli münaqişələri ehtiva edir. Ehtiras və şəhvətin zirvəsində olduğu ikinci sevgi "ruhun güzgüsü" olaraq təyin olunduğu üçün illər keçsə də, bir çox insan tərəfindən heç vaxt unudulmur.
Roksi Nafousi deyib ki, cütlüklər ikinci sevgi zamanı etibar problemləri və yaralarla üzləşirlər. İkinci sevgilər çox vaxt böyük ürək bulanması və ağrı ilə başa çatır.
Sevgidə üçüncü mərhələ bağlılıq və sədaqətə əsaslanır. Üçüncü sevgi qalıcı birliyi təmsil etsə də, Mark Manson bu sevginin həyatın təqdim etdiyi nadir bir təcrübə olduğunu və hər kəs üçün asan olmadığını bildirib.
Üçüncü eşqdə partnyorlar bir-birlərini qüsurları ilə sevirlər və yan-yana olduqları zaman özlərini rahatlıq zonasında hiss edirlər.
Roksi Nafousi deyib ki, heç gözləmədiyiniz anda gələn sağlam sevgi çox vaxt qalıcı sevgiyə çevrilir.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
