Bu gün:

Evlilik xoşbəxtlik gətirirmi?


Bir çox araşdırmalar göstərir ki, evlilik cütlər arasında həyəcan və ehtirası azaldır. Mütəxəssislər tərəfdaşlar arasında ünsiyyət problemlərinin, xüsusilə, birinci ildən sonra ortaya çıxdığını və getdikcə artdığını bildirirlər.

Yeni Zelandiyadan edilən yeni bir araşdırma, evlilikdə narazılığın illər keçdikcə artdığını və cütlərin bir-birinə qarşı dözümlülüyünün azaldığını müəyyən edib. 2025-ci ilin yanvarında Simon Fraser Universiteti tərəfindən aparılan araşdırmada evlilikdən əvvəl birlikdə yaşayıb sonra evlənən 1520 iştirakçının 14 illik məlumatları araşdırılıb. Hər il iştirakçılar hələ də evli olub-olmadıqlarını qeyd edib və tərəfdaşları ilə münasibətlərindən nə dərəcədə razı qaldıqlarını bildiriblər.


Tədqiqatlar evliliyə dair bir çox əvvəlki araşdırmaların nikbin şəkillər təqdim etdiyini ortaya qoyub. Alimlər nikahdan əvvəl bir-birləri ilə xoşbəxt olan cütlüklərin evləndikdən təxminən bir il sonra bir-birlərinə qarşı daha az səbirli olduqlarını müşahidə ediblər. Üstəlik, bu dözümsüzlük sonrakı illərdə də artmaqda davam edib.


Bununla belə, yadda saxlamaq lazımdır ki, evlilik və xoşbəxtlik arasındakı əlaqə ilə bağlı araşdırmalar, adətən, tək bir qrupu əhatə edir və bu cür psixoloji təhlillər subyektiv qiymətləndirmələri ehtiva edə bilər.



Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV. Com

Paylaş
Şərh əlavə et