Elm adamları bəzi hallarda daha böyük nümunələrin tapıldığını iddia etsələr də, paleontoloqlar tərəfindən geniş şəkildə qəbul edilən ən uzun dinozavr uzun boyunlu və uzun quyruqlu sauropod olan Diplodocus hesab olunur. Onun uzunluğunun 175 futa (təxminən 53 metr) çatdığı bildirilir.

Əvvəllər fərqli bir növ olduğu düşünülən, lakin sonradan Diplodocusun nəhəng bir nümunəsi olduğu müəyyən edilən Seysmosaurus üzərində aparılan araşdırmalar bu məsələdə bəzi mübahisələrə səbəb olub. Seysmosaurusun kəşfi 1991-ci ildə elan edilsə də, onun ayrıca bir növ kimi mövcud olmadığı 2004-cü ildə keçirilən akademik tədbirdə sübuta yetirilib.
Bu böyük Diplodocus nümunəsinin aşkarlanması alimləri onun elmi adını Diplodocus hallorum olaraq dəyişdirməyə sövq edib. Yeni dinozavr kəşfləri sürətlə davam etdiyindən, sauropod ailəsinin digər mümkün üzvləri, o cümlədən Diplodocusdan daha böyük ola biləcəyi iddia edilən Amphicoelias kimi növlər də təklif olunur. Lakin bu iddia 19-cu əsrin sonlarında itən tək bir sümüyə əsaslandığından, onun doğruluğu hələ də şübhə altındadır.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
