Bu gün:

Uşaqlıqda bu davranış uğurlu gələcəyin ən incə göstəricisidir


Son illərdə aparılan araşdırmalar göstərib ki, uşaqlıqda komiks oxumaq vərdişi fərdlərin akademik və sosial uğurlarına müsbət təsir göstərib.

Pedaqoqlar və ekspertlər deyiblər ki, komikslər təkcə əyləncəli deyil, həm də təhsil vasitəsidir.

Qazi Universitetində aparılan araşdırmada komiks texnikaları ilə işlənmiş elmi fantastika hekayələrinin 11-ci sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqlarına və fizika dərslərinə münasibətinə müsbət təsir göstərdiyi müəyyən edilib. Bu araşdırma göstərib ki, komikslər mürəkkəb elmi anlayışları daha başa düşülən etməklə tələbələrin akademik uğurlarını artıra bilər. 

Eyni şəkildə Nevşehir Hacı Bektaş Vəli Universitetində aparılan başqa bir araşdırma göstərib ki, elm dərslərində rəqəmsal təhsil komikslərindən istifadə tələbələrin akademik uğurlarını artırır. Bu tapıntı komikslərin hətta rəqəmsal formatda da effektiv öyrənmə vasitəsi olduğunu sübut edib.

Təhsil ekspertləri valideynlərə və müəllimlərə uşaqları komiks oxumağa təşviq etməyi tövsiyə edir. Düzgün seçilmiş maarifləndirici komikslər uşaqların oxu vərdişlərini gücləndirməklə yanaşı, onların akademik və sosial inkişafına da töhfə verir. Rəqəmsal platformalarda təklif olunan komikslərin tədris materialı kimi də istifadə oluna biləcəyi də vurğulanır.

Nəticə olaraq, uşaqlıqda komiks oxumaq vərdişinə yiyələnən şəxslərin yetkinlik dövründə daha uğurlu və təchiz olunduğu elmi məlumatlar ilə təsdiqlənib. Bu səbəbdən təhsildə komikslərdən daha fəal istifadə edilməli olduğu bildirilib.

Mənbə: Sözcü 

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et