Coca-Cola haqqında ən məşhur əfsanələrdən biri odur ki, içkinin dəqiq reseptini dünyada cəmi iki nəfər bilir. Hətta deyilənə görə onlar heç vaxt eyni təyyarədə uçmurlar ki, hər hansı bir qəza anında resept itməsin. Lakin bu mifdir.
Həqiqətən də, Coca-Colanın resepti çox ciddi şəkildə məxfi saxlanılır. O, ABŞ-ın Atlanta şəhərində yerləşən The Coca-Cola Company-nin baş ofisindəki bir seyfdə qorunur. Bu seyf hətta turistik bir obyektə çevrilib – onu “The World of Coca-Cola” muzeyində görmək mümkündür. Ancaq seyfi açmaq qadağandır.

Reseptin tam olaraq cəmi iki nəfərə məlum olması real deyil. Yoxsa dünyanın müxtəlif ölkələrindəki zavodlarda istehsal prosesi çox çətin olardı.
Reseptin dəqiq nisbətləri məxfi saxlanılsa da, əsas inqrediyentləri məlumdur:
Qazlı su
Şəkər (və ya yüksək fruktozalı qarğıdalı siropu)
Karamel boyası (E150d) – içkinin tünd rəngini təmin edir
Fosfor turşusu (E338) – dadı gücləndirir və bir az turşməzəlik qatır
Kofein – canlandırıcı təsir göstərir
Aromatizatorlar – əsas sirr burada gizlənir. Onların arasında sitrus yağları (portağal, limon, laym), vanil, darçın, muskat qozu, keşniş və bəlkə də koka yarpaqlarının ekstraktı (kokainsiz) ola bilər.
Mənbə: Dzen
Tərcümə etdi: İbrahim Çobanlı
