Bu gün:

Qədim Misir mumiyalarının qoxusu necədir?


Mütəxəssislərin fikrincə, Qədim Misir mumiya nümunələrinin 78 faizi odun, 67 faizi ədviyyatlı və 56 faizi şirin qoxuya malikdir.

Ölülər diyarında minlərlə il qaldıqdan sonra mumiyaların kiflənmiş dəri kimi qoxuyacağını gözləmək olar, lakin qədim Misir mumiyalarının hələ də təəccüblü dərəcədə xoş qoxusu var.

Bunu belə qayğı ilə mumiyalayan ustalara borcluyuq. Büzülən bədənlər əsasən tətbiq olunan aromatik yağlardan və şamlardan xoş qoxuları qoruyub saxlayıb. Mütəxəssislər qrupu tərəfindən aparılan araşdırmada mumiyaların hətta "xoş qoxulu" olduğu da ifadə edilib.

Mumyalanmış cəsədlərin qoxusu uzun illərdir ki, mütəxəssislərin və ictimaiyyətin diqqətini çəkirdi, lakin indiyə qədər bu mövzuda birləşmiş kimyəvi və qavrayışlı elmi araşdırma aparılmamışdı", - tədqiqatın aparıcı müəllifi, professor Matija Strlic izah edib. Strlic və komandası Qahirədəki Misir Muzeyində saxlanılan doqquz mumiyanın qoxusunu təhlil ediblər. Ən qədim mumiya eramızdan əvvəl 1539-cu ildə başlayan Yeni Krallığa aiddir.

Tədqiqatçılar insan burnundan əlavə hansı uçucu birləşmələrin buraxıldığını dəqiq müəyyən etmək üçün elektron “burun”dan da istifadə ediblər. Təhlil göstərdi ki, onun tərkibində balzamlama prosesində istifadə olunan yağlar, qatranlar və mumlardan alınan terpenoidlər (məsələn, pinen, limonen və verbenon) var.

Bu birləşmələr sidr və ya şam qatranının, mirra və buxur kimi saqqızların və kəklikotu, lavanda və evkalipt kimi otların istifadəsinə işarə edib. Qoxularda aşkar edilən borneol birləşməsinin kamfora istifadəsinə dəlalət edə biləcəyi də bildirilib.

Mənbə: Arkeofili 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et