Bu gün:

Laktozsuz süd necə əldə edilir?


Süd, əsasən, su, yağ, zülal, karbohidrat və minerallardan ibarətdir. Südün tərkibindəki əsas karbohidrat növü isə laktozdur. Laktoza, qlükoza və qalaktoza adlı iki sadə şəkər molekulundan ibarət olan bir disaxariddir. Bu iki şəkərin birləşməsi səbəbindən laktozanın həzm olunması üçün orqanizmdə laktaza fermenti olmalıdır.

Laktaza fermenti bağırsaqlarda laktozanı parçalayaraq qlükoza və qalaktozaya çevirir. Lakin bəzi insanların bədənində kifayət qədər laktaza fermenti istehsal olunmur. Nəticədə, onlar süd içdikdə həzm problemləri yaşayır. Bu vəziyyət laktoza dözümsüzlüyü adlanır.

Laktozsuz süd necə hazırlanır?

Laktozsuz süd istehsal etmək üçün iki əsas üsul mövcuddur:

    1.    Laktaza fermentinin əlavə edilməsi: Südə laktaza fermenti əlavə olunur. Bu ferment laktozanı tərkibindəki sadə şəkərlərə parçalayır. Bu proses nəticəsində laktoza tamamilə parçalandığı üçün süd laktozsuz olur və həzm edilməsi daha asanlaşır.

    2.    Filtrasiya üsulu: Bu üsulda xüsusi membranlardan istifadə edilərək laktoza süddən fiziki olaraq ayrılır. Daha sonra süd tərkibindəki qida maddələri qorunaraq laktozsuz formada istehlaka hazır hala gətirilir.

Laktozsuz südün dadı niyə daha şirindir?

Laktoza parçalandıqda qlükoza və qalaktozaya çevrildiyi üçün laktozsuz süd adi südlə müqayisədə daha şirin dadır. Çünki qlükoza və qalaktoza sadə şəkərlər olduğundan daha asan həzm olunur və dad reseptorları tərəfindən daha şirin hiss edilir.

Laktozsuz süd, laktoza dözümsüzlüyü olan insanlar üçün süd və süd məhsullarından faydalanmağın ideal bir yoludur. Bu məhsul həm də həzmi asanlaşdırdığı üçün bəzi insanlar tərəfindən adi südə üstün tutulur.


Mənbə: bilimtubitak 
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et