
Heyvanlar aləmində göz bəbəklərinin müxtəlif formaları var. Məsələn, pişiklərin göz bəbəkləri şaquli xətlə uzanır, atların və keçilərin göz bəbəkləri isə düzbucaqlıdır. Bu fərqlər heyvanların ətraf mühitdə daha yaxşı görməsinə kömək edir.
Keçilər ot yeyən heyvanlardır və yırtıcılardan qorunmaq üçün ətrafı yaxşı görməlidirlər. Düzbucaqlı göz bəbəkləri onlara geniş baxış bucağı qazandırır. Beləliklə, keçilər başlarını çox çevirmədən daha böyük bir sahəni görə bilirlər. Bu xüsusiyyət onların potensial təhlükələri tez görməsinə və qaçmasına imkan yaradır.
Eyni zamanda, keçilərin göz bəbəkləri işığa qarşı həssasdır. Düzbucaqlı forma onların gözlərinə daha çox işıq daxil olmasına və bu işığı daha bərabər şəkildə yaymasına kömək edir. Bu xüsusiyyət, xüsusilə açıq havada və günəşli şəraitdə görməni yaxşılaşdırır.
Nəticə olaraq, keçilərin göz bəbəklərinin düzbucaqlı formaya malik olması onların təbii mühitə uyğunlaşmasına və yırtıcılardan qorunmasına kömək edən mühüm xüsusiyyətdir.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
