Bala göyərçinlər təxminən bir aylıq olana qədər yuvada qalırlar. Buna görə də onlar yuvanı tərk etdikdə tam ölçüdə olur və yetkin lələklərə malik olurlar. Yeni doğulan bala göyərçinlər diqqəti cəlb etmir, çünki onlar yetkin quşlardan fərqlənir və izdiham içində seçilmələri çətin olur.

Adi göyərçinlər vəhşi quşlardır, yəni qaçıb vəhşi təbiətə qayıdan əhliləşdirilmiş göyərçinlərdən törəyiblər. Həm evcil, həm də vəhşi göyərçinlər qayalıqlarda yuva quran vəhşi qaya göyərçinindən əmələ gəliblər. Şəhər göyərçinləri tərk edilmiş binalarda, körpülərin altında, damlarda və hətta pəncərə kənarlarında yuva qururlar. Onlar çox sosialdırlar və 50-500 quşdan ibarət sürülər əmələ gətirirlər.
Hər iki valideyn yumurtaları inkubasiya edir və cücələrə təxminən 30 gün baxır. Bu müddət tamamlandıqda quşlar yuvanı tərk etməyə və müstəqil şəkildə qidalanmağa hazır olurlar. Bir aylıq quşlar böyüklərlə demək olar ki, eyni görünsə də, balaları tanımaq üçün bəzi əlamətlər var. Göyərçinlərin həyatının ilk altı ayında gözləri boz-qəhvəyi olur, sonra isə narıncı və ya qırmızıya çevrilir. Həmçinin, gaganın üstündəki "cere" adlanan ət gənc quşlarda boz, yetkinlərdə isə ağ rəngdə olur.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
