Bəzi özəl zooparklar, fərdi heyvan sahibləri və heyvandarlıq müəssisələri ekzotik heyvanların satışını həyata keçirirlər. Bu satıcılar adətən GumTree.com və Petfinder kimi ev heyvanlarına dair elan saytlarında ekzotik heyvanları övladlığa götürmək üçün siyahıya alırlar. Həmçinin, bəzi fərdi satıcıların maraqlı alıcıların heyvanlara onlayn baxa biləcəyi öz veb saytları da mövcuddur.
Janda Exotics– Texas ştatının San-Marko şəhərində yerləşən özəl zoopark və heyvandarlıq mərkəzidir. Burada marmosetlər, uçan dələlər, genets, kinkajular və coatimundilər kimi nadir ekzotik heyvanlar yetişdirilir. Maraqlanan şəxslər heyvanlara yerində baxa bilərlər, lakin satıcı yalnız heyvanı birbaşa öz obyektindən götürən alıcılara heyvanı şəxsən görmək imkanı yaradır.
GumTree.com və Exotic Animals for Sale fərdi sahiblərə və heyvandarlıq müəssisələrinə nadir ekzotik heyvanları öz saytlarında reklam etməyə imkan verir. Əksər satıcılar heyvanın doğum tarixi, ilkin yenidən sahibləndirmə tarixi, yaşı və sağlamlıq vəziyyəti kimi əsas məlumatlarını təqdim edirlər. Exotic Animals for Sale həmçinin ekzotik heyvan yetişdiricilərinin kataloqunu da ehtiva edir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva