İnsanlar adlarını tanıyıb, çağırışlara cavab verə bilən yeganə canlı deyillər. Alimlərin araşdırmalarına görə, bottlenose delfinləri də özlərinə məxsus adlara sahibdirlər.

Bu delfinlər xüsusi fit səsi ilə bir-birlərini çağırırlar. Hər delfinin özünəməxsus səs siqnalı var və digərləri bu siqnalı tanıyaraq ona cavab verirlər. Alimlər bunun delfinlər arasında sosial əlaqələri gücləndirdiyini və qruplar daxilində fərdlərin tanınmasına kömək etdiyini bildirirlər.
Delfinlər yüksək intellektə malik olduqları üçün bu qabiliyyət onların ünsiyyət sistemlərinin mürəkkəbliyini göstərir. Bəzi tədqiqatçılar bu siqnalların insanların adlarından fərqlənmədiyini və bir növ şəxsiyyət tanıtımı rolunu oynadığını düşünürlər.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
