300 il əvvəl riyazi hesablamalar əsasında hərəkət və cazibə qanunlarını ortaya qoyan məşhur alim Sir İsaak Nyutonun hazırladığı qiyamət ssenarisi ortaya çıxıb. 1704-cü ildə yazdığı məktubda o, 2060-cı ildə dünyanın sonunun olacağını proqnozlaşdırmışdı. Bəs Nyuton bu hesablamanı necə etdi?

Təxminən 300 il əvvəl məşhur alim ser İsaak Nyuton 2060-cı ildə dünyanın sonunun olacağını proqnozlaşdırmışdı. Riyazi hesablamalardan istifadə edərək etdiyi proqnozunu 1704-cü ildə bir məktub kağızı üzərinə cızdı.
Nyuton apokalipsis tarixini təyin etmək üçün bibliya peyğəmbərliklərindən və riyazi hesablamalardan istifadə edirdi. Xüsusilə Armageddon müharibəsinə inanan alim öz proqnozunu İncilin protestant təfsiri və İncildəki hadisələrə əsaslandırıb.
Kitabın son fəslində peyğəmbərlik edilən müharibə təsvir olunur və yaxşı qüvvələri (Allahın rəhbərlik etdiyi) şər qüvvələrə (Yer padşahlarının rəhbərlik etdiyi) qarşı qoyur.
Müqəddəs Kitaba görə, bəşər tarixində son müharibə olacaq Armageddon müharibəsindən sonra yer üzündə artıq müharibə olmayacaq.
Nyuton müqəddəs kitablarda qeyd olunan dövrləri bir il kimi şərh etmək üçün bir üsuldan istifadə etdi. Onun üçün 1260 illik bir dövr Kilsənin pisləşməyə başladığı və "pozğun" inancların yarandığı bir dövrü təmsil edirdi.
Nyuton bu degenerasiyanın başlanğıcını eramızın 800-cü ili hesab edirdi. Bu tarix Müqəddəs Roma İmperiyasının yarandığı ilə təsadüf edirdi. 800-cü ilə 1260 ili əlavə etdikdə 2060-cı ilin nəticəsinə çatdı.
1704-cü ildə yazdığı məktubda "Bu tarix daha gec ola bilər, amma mən bunun daha tez olacağını güman etmək üçün heç bir səbəb görmürəm". ifadələrdən istifadə etdi.
Halifaxdakı King's College-in elm və texnologiya tarixi professoru Stiven D. Snobelen Nyutonun hesablamalarının mürəkkəb riyaziyyatı əhatə etmədiyini, sadə hesaba əsaslandığını qeyd etdi.
Bu gün alimlərin bibliya peyğəmbərliyi ilə bu qədər maraqlanması qeyri-adi görünə bilər. Bununla belə, Snobelen Nyutonun müasir anlamda alim deyil, təbiət filosofu olduğunu vurğulayırdı.
Orta əsrlərdən XVIII əsrə qədər təbiət fəlsəfəsi təkcə təbiəti deyil, həm də təbiət üzərində ilahi iradənin öyrənilməsini əhatə edirdi. Nyuton bütün həyatı boyu Tanrı həqiqətini kəşf etməyə çalışdı və bu səyində elmlə dini bir-birindən ayırmadı.
Mənbə: NTV. Com
Tərcümə etdi: Mina Yadigarlı
