Bu gün:

Kəpənək kollektoru nə adlanır?


Kəpənəkləri toplayan və öyrənən şəxsə lepidopterist deyilir. Lepidopterologiya (həmçinin lepidopteriya) həm kəpənəklər, həm də güvələrlə məşğul olan zoologiya elminin bir sahəsidir.

Həvəskar kəpənək kolleksiyaçıları kəpənəkləri tutur, daha sonra onlar xloroform bankalarında evtanaziya edir və adətən köpükdən və ya mantardan hazırlanmış ekran lövhəsinə yapışdırırlar. Böcəklərin qanadların formalarını və rənglərini daha yaxşı görmək üçün açılaraq uzun, nazik, iynəvari sancaqlarla diqqətlə taxtaya bərkidilir. Daha sonra kəpənəklər elmi və ümumi adları ilə etiketlənərək həşəratları qorumaq üçün lövhə vitrində yerləşdirilir.


Lepidopterologiya sahəsində çalışan alimlər nümunələri ətraflı araşdırmaq üçün əl linzaları və mikroskoplardan istifadə edərək qurban edilmiş həşəratları tədqiq edirlər. Alimlər nümunələr üzərində kimyəvi tərkib və DNT testləri də apara bilərlər. Digər lepidopteristlər isə kəpənək bağları yaradır, müşahidə stansiyaları kimi istifadə etmək üçün çoxalma qəfəsləri quraraq canlı həşəratları öyrənirlər.



Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et