Bu gün:

Ayaqqabı bağlarının ucu niyə xüsusi örtüklə örtülür?


Ayaqqabı bağlarının ucunda olan kiçik plastik və ya metal örtüklər aglet adlanır. Bu kiçik, lakin mühüm detal ayaqqabı bağlarının sürtünmədən açılmasının və parçalanmasının qarşısını alır.

Tarixdə agletlər qədim Romada istifadə olunub. O dövrdə onlar əsasən metal və ya sümükdən hazırlanırdı. Müasir dövrdə isə agletlər daha çox plastik və metal materiallardan hazırlanır.


Agletlər təkcə funksional deyil, həm də estetik baxımdan əhəmiyyətlidir. Bir çox dizaynerlər ayaqqabı bağlarını daha cazibədar göstərmək üçün fərqli formalarda və rənglərdə agletlər istehsal edirlər. Hətta bəzən xüsusi dizayn edilmiş agletlər brendlər üçün tanınma elementi olur.


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et