Yer kürəsində coğrafi mövqeyinə və iqlim şəraitinə görə günəş işığının məhdud olduğu və ya uzun müddət ərzində tamamilə olmadığı bölgələr mövcuddur. Bu hadisə, xüsusilə, Qütb dairəsindən kənarda yerləşən ərazilər üçün xarakterikdir və “qütb gecələri” adlanır.

Şimal və Cənub qütb dairələri daxilində yerləşən ərazilərdə qış mövsümündə günəş üfüqün altına düşdüyü üçün uzunmüddətli qaranlıq dövrlər baş verir. Bu fenomenin davametmə müddəti enlikdən asılıdır. O, qütbə nə qədər yaxın olarsa, günəşsiz günlər bir o qədər uzun olur.
Nümunələr:
Tromsø, Norveç: Tromsø şəhəri Şimal Qütb dairəsindən şimalda yerləşir və burada işıqlanma rejimi kəskin şəkildə dəyişir. Maydan iyula qədər günəş heç batmır, qışda isə tam əksinə günəş bir neçə ay görünmür.
Murmansk, Rusiya: Murmansk dünyada Qütb dairəsindən kənarda yerləşən ən böyük şəhərdir. Burada qış aylarında günəş çıxmır və hətta gündüz saatlarında da tam qaranlıq olur.
Şpisbergen, Norveç: Şimal Buzlu okeanında yerləşən Şpisbergen arxipelaqında oktyabrın sonundan fevralın ortalarına qədər qütb gecəsi davam edir və günəş bu müddət ərzində heç üfüqün üstünə qalxmır.
Uzun müddət günəş işığından məhrum olmaq bu bölgələrdə yaşayan insanların sağlamlığına, xüsusilə də, psixoloji vəziyyətlərinə və D vitamini səviyyəsinə mənfi təsir edə bilər. Burada yaşayan insanlar süni işıq mənbələrindən istifadə edərək və aktiv həyat tərzi keçirərək bu təsirləri minimuma endirməyə çalışırlar.
Mənbə: esoreiter.ru
Tərcümə etdi: İbrahim Çobanlı
